Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-317/2021 12.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X1 iştirakları ilə, 26.04.1984-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Saatlı ray, X9 küç, 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 12.02.2021-ci il tarixdə daxil olmuş inzibati materialdan görünür ki, Şəxs 12.02.2021-ci il tarixdə saat 01:09 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yüksək səslə söyüş söyməklə yanaşı, fərdi qoruyucu vasitələrdən istifadə etməyərək ölkə ərazisində tətbiq edilmiş karantin qaydalarını pozmuş, o cümlədən Şəxs sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq polis əməkdaşlarına hörmətsizlik nümayiş etdirmişdir. Buna görə X7 oğlu Azərbaycan Respublikası İXM-nin 211.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi X2 məhkəmədə verdiyi izahatında göstərdi ki, Şəxs 12.02.2021-ci il tarixdə saat 01:09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yüksək səslə nalayiq ifadələr işlətmiş, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək nizam-intizama dəvət etmişlər, lakin o öz hərəkətlərinə davam edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamış, bununla yanaşı X6 fərdi qoruyucu vasitələrdən istifadə etməyərək ölkə rəazisində tətbiq olunmuş karantin qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.2 və 535.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs tutduğu əməldən peşman olaraq ifadəsində göstərdi ki, o, 12.02.2021-ci il tarixdə dostu ilə fərdi qoruyucu vasitədən istifadə etməyərək içkili halda Abşeron rayonu, Xırdalalan şəhəri, H.Əliyev prospektində yüksək səslə danışmış, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq nizam intizama dəvət etmişlər, lakin o, buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Sonda o, etdiyi əməldən səmimi peşiman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində məhkəmədən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 12.02.2021-ci il tarixli, 2/1693 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Şəxs 12.02.2021-ci il tarixdə müayinə olunarkən onda «Orta dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 26.02.2021-ci il tarixli, AZA 005486 №-li protokoldan görünür ki, Şəxs 12.02.2021-ci il tarixdə, saat 03:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs oğlu ölkə ərazisində elan olunmuş karantin rejimini qaydalarını pozaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 211.2 və 535.1-ci maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 211.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 35.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 211.2-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının İXM-nin 211.2-ci madddəsinin sanksiyasında nəzərdə tutulan 200 (iki yüz) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə zalında azad edilsin. Qərarın icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. . Hakim:Şövkət Nəcəfova № 3(012)-1223/2020 17 avqust 2020-ci il Abşeron rayon polis idarəsinə Sürəti: İnzibati xəta törətmiş şəxs X3 Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi Abşeron Rayon Məhkəməsinin 17.08.2020-cı il tarixli, 3(012)-1223/2020 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərar 01 nüsxədə, 01 vərəqədə Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-317/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-317/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver