Məhkəmə qərarları › İş №3(012)-319/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-319/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-319/2021 12.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, inzibati xəta törətmiş şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1967-ci il tarixdə Kəlbəcər rayonu, Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Kəlbəcər rayonu, Çaykənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi, ev 28-də yaşayan Şəxs qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 1(101) -808/2013 icra vərəqəsinə əsasən borclu Şəxs 130000 min manat alınaraq iddiaçı X2 ödənilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-cimaddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-808/2013 saylı icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan 30 min manat məbləğində pul ödəmişdir. Hazırda borclu Şəxs 100000 manat məbləğində borcu vardır. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcun ödənilməsini təkidlə tələb etsə də borclu borcunu ödəmir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, tələbkar X2 olan yüz otuz min manat məbləğində borc puldan 30000 manat məbləğində pulu ödəmişdir. Halhazırda heç bir yerdə işləmir, özü şəkərli-diabet xəstəliyindən əziyyət çəkir. Gözündən əməliyyat olduğu üçün iş qabiliyyəti yoxdur. Şəhid ailəsi olduğu üçün müavinət alır. Kirayə pulunu onunla ödəyir. Başqa gəlir mənbəyi olmadığı üçün icra vərəqəsində qeyd olunan məbləği ödəyə bilmir. Əsas borclu həyat yoldaşı olan X5r. Hal-hazırda həbsdədir. Borcun ödənilməsi məqsədilə sonuncunun həbsdən çıxmasını gözləməyi xahiş edir. Məhkəmə iclasında X4 verdiyi izahatında göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-808/2013 saylı x xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs ona 100000 manat borcu vardır. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, borcu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs qızı barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmədə Şəxs qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tələblərinə əsasən Şəxs vəzifəli şəxsdir. Buna görə də o, vəzifəli şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs qızının törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Kəlbəcər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar