Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-322/2025 12.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, 00100- 03580/24 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsindən daxil olmuş 3-33-1100/013/036594 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən, Bakı şəhəri ərazisində 90NX191 dövlət qeydiyyat nişanlı, BMW X5 markalı nəqliyyat vasitəsində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş pirotexniki vasitələrin daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində 90NX191 dövlət qeydiyyat nişanlı, BMW X5 markalı nəqliyyat vasitəsi Xırdalan şəhəri, Heydər Əliyev parkı yaxınlığında dayanmış daha sonra əməliyyat üzvləri həmin nəqliyyat vasitəsinə yaxınlaşmışdırlar. Sözügedən nəqliyyat vasitəsini idarə edən Şəxs nəqliyyat vasitəsində pirotexniki vasitələrin olub-olmaması barədə sorğu-sual edildikdə, nəqliyyat vasitəsində olan 6 ədəd karton qututda pirotexniki vasitələri baxışa təqdim etmişdir. Sözügedən mallar ətraflı baxış keçirilməsi üçün Şəxs iştirakı ilə Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Salyan şosesi 14-cü km ünvanında yerləşən inzibati binasına gətirilmiş və ətraflı baxış keçirilmişdir. Baxış zamanı ümumilikdə 6 ədəd karton qutudan “Explosive (Maxsem Fireworks)” 190 qutu (hər qutuda 20 ədəd), “Korsarka (Maxsem Fireworks)” 47 qutu (hər qutuda 50 ədəd), “Chinese silver TP1000” 37 qutu (hər qutuda 35 ədəd), “Srebrno Pratka (Maxsem Fireworks)” 492 qutu (hər qutu 10 ədəd) pirotexniki vasitələr aşkar edilmişdir. xx.xx.2024-cü il tarixdə qeyd edilən faktla baölı araşdırma başlanılmışdır. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxarıda qeyd edilən malların tərkibinin müəyyən edilməsi və qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33- 1100/2-008045/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənayi Palatası “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması Azərbaycan Respublikası Ticarət və Sənayi Palatası “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. Bakı Baş Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş 246 saylı, xx.xx.2024-cü il tarixli eskpert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların xx.xx.2024-cü il tarixində olan orta bazar qiyməti ilə ümumi dəyəri 12.943 manat müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - “Mallara və nəqliyyat vasitələrinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat Şöbəsinə Bakı şəhəri ərazisində 90NX191 dövlət qeydiyyat nişanlı, BMW X5 markalı nəqliyyat vasitəsində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş pirotexniki vasitələrin daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində 90NX191 dövlət qeydiyyat nişanlı, BMW X5 markalı nəqliyyat vasitəsi Xırdalan şəhəri, Heydər Əliyev parkı yaxınlığında dayanmış daha sonra əməliyyat üzvləri həmin nəqliyyat vasitəsinə yaxınlaşmışdırlar. Sözügedən nəqliyyat vasitəsini idarə edən Şəxs nəqliyyat vasitəsində pirotexniki vasitələrin olub-olmaması barədə sorğu-sual edildikdə, nəqliyyat vasitəsində olan 6 ədəd karton qututda pirotexniki vasitələri baxışa təqdim etmişdir. Sözügedən mallar ətraflı baxış keçirilməsi üçün Şəxs iştirakı ilə Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Salyan şosesi 14-cü km ünvanında yerləşən inzibati binasına gətirilmiş və videoçəkilişdən istifadə edilməklə ətraflı baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsində 6 ədəd karton qutudan “Explosive (Maxsem Fireworks)” 190 qutu (hər qutuda 20 ədəd), “Korsarka (Maxsem Fireworks)” 47 qutu (hər qutuda 50 ədəd), “Chinese silver TP1000” 37 qutu (hər qutuda 35 ədəd), “Srebrno Pratka (Maxsem Fireworks)” 492 qutu (hər qutu 10 ədəd) pirotexniki vasitələr aşkar edilmişdir. - Azərbaycan Respublikası Ticarət və Sənayi Palatası “Azərekspertiza” Birliyinin 246 saylı, xx.xx.2024-cü il tarixli eskpert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Explosive (Maxsem Fireworks)” 190 qutu (hər qutuda 20 ədəd), “Korsarka (Maxsem Fireworks)” 47 qutu (hər qutuda 50 ədəd), “Chinese silver TP1000” 37 qutu (hər qutuda 35 ədəd), “Srebrno Pratka (Maxsem Fireworks)” 492 qutu (hər qutu 10 ədəd) pirotexniki vasitələrin xx.xx.2024-cü il tarixində olan orta bazar qiyməti ilə ümumi dəyəri 12943 manat müəyyən edilmişdir. - Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində verdiyi izahatdan görünür ki, Şəxs 6 ədəd karton qutuda “Explosive (Maxsem Fireworks)” 190 qutu (hər qutuda 20 ədəd), “Korsarka (Maxsem Fireworks)” 47 qutu (hər qutuda 50 ədəd), “Chinese silver TP1000” 37 qutu (hər qutuda 35 ədəd), “Srebrno Pratka (Maxsem Fireworks)” 492 qutu (hər qutu 10 ədəd) pirotexniki vasitələri satmaq məqsədi ilə özünə məxsus nəqliyyat vasitəsində daşımasını etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 504-cü maddəsinə əsasən, malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi inzibati xəta haqqında protokol, mallara və nəqliyyat vasitələrinə baxış keçirilməsi barədə protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs götürülmüş və ünvan 2 ünvanında yerləşən “Azərterminalkompleks” Birliyinin anbarında saxlanca təhvil verilmiş 6 ədəd karton qutudan “Explosive (Maxsem Fireworks)” 190 qutu (hər qutuda 20 ədəd), “Korsarka (Maxsem Fireworks)” 47 qutu (hər qutuda 50 ədəd), “Chinese silver TP1000” 37 qutu (hər qutuda 35 ədəd), “Srebrno Pratka (Maxsem Fireworks)” 492 qutu (hər qutu 10 ədəd) pirotexniki vasitələr dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-322/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-322/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver