Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-324/2021 09.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin baş məsləhətçisi X1 iştirakı ilə, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin baş məsləhətçisi X1 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin) Bakı ərazi şöbəsinin torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müffətişləri tərəfindən Suraxanı rayonunun inzibati ərazisi daxilində Abşeron rayonunun istifadəsində olan Abşeron quşçuluq sovxozunun ərazisində olan “xxxx” MMC-nin 99 illik icarəsinə verilmiş 20,0 ha torpaq sahəsində tikinti işlərinin aparılması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən xx xxxx 2019-cu il tarixində MN №0403082 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsinin hüquqi şəxsin icarəsində olduğunu nəzərə alaraq, İXM-nin 18.5-ci maddəsinə əsasən barəsində müvafiq inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsi məqsədilə xx xxxx 2019-cu i! tarixində **********59 saylı məktubla sənədlər Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. xx xxxxxx 2021-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinə inzibati xəta haqqında protokolun geri qaytarılması barədə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli , 3 (012)- 1356/2019 saylı qərardadı daxil olmuşdur. Qərardadda qeyd olunmuş çatışmazlıqlar aradan qaldırılmış və inzibati xəta haqqında işə yenidən baxılmasını xahiş etmişdir. “xxxx” MMC-yə lazımi qaydada məlumat verilsə də məhkəməyə nümayəndəsi gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolla eyni məzmunlu izahat verərək “xxxx” MMC barəsində inzibati tədbir görülməsini xahiş etdi. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, MN ******* saylı protokol xx xxxx 2019-cu il tarixdə tərtib olunmuşdur. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin törədilmiş inzibati xətanın yol hərəkəti qaydaları əleyhinə olduğunu və həmin növdə inzibati xətaya görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi gündən ən geci iki ay keçənədək verilməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini, hələ inzibati xəta haqqında protokolun məhkəməyə daxil olanadək həmin müddətin başa çatdığını və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-324/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-324/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver