Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-325/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Xırdalan şəhər vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində borclu olduğu pulu tələb etdiyinə görə aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs əli ilə vuraraq, ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron RPİnin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Duz Zavodu yolu, Massiv 2, ev 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müracət edərək, xx.xx.2023-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı qonşsu Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qonşusu Bikə ilə qarşılaşmış və sonuncunun evində apardığı təmir tikinti işləri iıə bağlı ona borclu olduğu 10 manat pulu qaytarmasını tələb etmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Bikə onu təhqir edərək barmağını burub xəsarət yetirmişdir. Buna görə də o, DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Baş vermiş münaqişə 30 dəqiqə davam etmiş və həmin vaxt orada başqa, şəxslər olmamış, həmçinin mübahisə vaxtı ona qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı binanın qarşısında olan zaman Şəxs 10 manat borcunun olması səbəbindən sonuncu əsəbi vəziyyətdə ona yaxınlaşlıb borcunu istəmişdir. O, da sonuncunun kobud hərəkətinə görə sosial pulunu aldığı zaman verəcəyinə söz vermişdir. Bundan sonra o, Şəxs ilə birlikdə liftlə evə qalxmışdır.Həmin vaxt Amil əlində olan əşya ilə mənzilinin qapısını sındırmış, telefonu ilə videogörüntü çəkərək onu təhqir etmişdir. Həmin vax o, özünü müdafiə etmək üçün Amilin əlindən tutub saxlamış, lakin sonuncu çəkilişə davam etmişdir. Sonra onun əlini tutub buraraq xəsarət yetirmişdir. Buna görə də o, DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Baş vermiş münaqişə 30-40 dəqiqə davam etmiş və həmin vaxt orada başqa, şəxslər olmamış, həmçinin mübahisə vaxtı ona qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. O, Amildən şikayətçidir, barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xırdalan şəhər vəkil bürosunun vəkili X5 qanunla müəyyən edilmiş müddətin ötdüyünü nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar aidiyyəti Abşeron RPİ–in İTŞ-nə həvalə edilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1812 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilməmişdir. Məhkəmə-Tibbi Ekspertizasının 09.09.202.-CÜ il tarixli, 1824 nömrəli rəyindən ( görünür ki, 1989-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - bel nahiyyəsinin və sol diz oynağı nahiyyələrinin qançırları bərk-küt əşya (əşyaların) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-ci il tarixdə, dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 104.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmış, xx.xx.2024-cü il tarixli qərarla iş üzrə icraatın yenilənməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin Şəxs əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olsa da, onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1, 38.2 və 38.3-cü maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin İXM-nin 104.1.3-cü maddəsi inzibati xətanı törədən şəxsin müəyyən olunmadığına əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasını nəzərdə tutur. Məhkəmə iclasında məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, xx.xx.2023-ci il tarixdə Zərərçəkmiş şəxs DİN-nin 102-xidmətinə verdiyi məlumatı əsasında Abşeron RPİ-nə ərizəsi daxil olmuş, Abşeron RPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibinin başlanması rədd olunması qərara alınmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmiş, Abşeron RPİ-in İTŞ-si Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi barədə İXM-nin 38.3-cü maddəsinin tələbi, hazırda isə bu müddətin keçməsi nəzərə alınaraq, Şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə müddətin axımı ilə bağlı qeyd edir ki, iş üzrə icraatın dayandırılması inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsinə, yəni İXM-nin 104.1.1-ci maddəsinə əsasən deyil, İXM-nin 104.1.3-cü maddəsinə əsasən, yəni inzibati xətanı törədən şəxsin müəyyən olunmamasına əsasən həyata keçirilmişdir. İXM-nin 38-ci maddəsinin tələblərinə əsasən isə inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə iş üzrə icraatın yenilənməsi haqqında xx.xx.2024-cü il tarixli qərar arasında olan müddət ərzində İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı dayanmamışdır. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə (cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla 05 ay 06 gün sonra) Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, material baxılması üçün Abşeron Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə, yəni cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən hesablanmaqla 05 ay 06 gün müddət keçdikdən sonra daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatması əsası ilə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhəri vəkil bürosunun müdafiəçisi vəkil X4 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-325/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-325/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver