Məhkəmə qərarları › İş №3(012)-325/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-325/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-325/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X4 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxxx 1996-ci il tarixdə Lənkəran rayonunun Kərgalan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonunun Kərgalan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş tərtib edilmiş 31 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Anar Axundov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs 04 dekabr 2024-cü il tarixdə, saat 13:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər Şəhərciyi Yaşayış Kompleksi, blok 55 ünvanında aralarında baş vermiş mübahisə zamanı vətəndaş X1 zərərvurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 04 dekabr 2024-cü il tarixdə saat 14 radələrində evə gələrkən baldızı Tamam qonşuluqda yaşayan qadının ünvanına gələrək qapının qarşısına məişət tullantıları tullamasına irad bildirib mübahisə edərək getməsini demişdir. O, həmin qadının qapısını döyərək hansı səbəbdən ünvanına gəldiyini soruşduqda, qadın ona qadın söhbətinə qarışmamasını demişdir. O, çıxıb gedərkən qadın arxasınca nəlayiq ifadələr işlətdiyi üçün baldızı evdən çıxıb mübahisə etmək istəyərkən baldızını tutaraq evə salmasını, qadına xəsarət yetirməməsini, qadının evinin qapısını bağlamamasını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 05 dekabr 2024-cü il tarixli 2832 saylı ekspert rəyindən görünür ki, 1.vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ əlin arxa səthinin qançırı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.

2. vətəndaş X2 bədəni, üzərində aşkar edilmiş xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən zərblə itələnən qapının təsiri nəticəsində əmələ gələ bilərdi.

3. vətəndaş X2 bədəni üzənndə aşkar edilmiş xəsarətin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir.

2. “Cinayət işinin başlanmasının rədd olunması barədə” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 döyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir; Məhkəmə proses iştirakçılarının izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli zərərçəkmiş X2 barəsində verilmiş ekspert rəyi, 18 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmadığından barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar