Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3277/2025 30.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Femida Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, xx.xx.1993-cü ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2075)-292/2023 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahdan olan uşaqları 21 may 2020-ci il təvəllüdlü X4 iddiaçı Şəxs alınaraq cavabdeh Zərərçəkmiş şəxs verilməsi və cavabdehin yanında saxlanılması, 21 may 2020ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay üçün 220 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bundan sonra aparılmış icra tədbirləri heç bir nəticə verməmişdir. Tələbkar icra vərəqəsinin icra edilməsini təkidlə tələb etsə də borclu icra etməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, uşaq imtina edir, anasını istəmir. Uşağın atasını seçməsinə dair sənəd var. İcra şöbəsinə sənədi təqdim etmişdir. Probasiya şöbəsi onu dəvət edəndə uşaqsız gəlmişdir. İcra məmuru növbəti dəfə gələndə uşağı da özü ilə gətirmişdir. 02 dekabr 2025-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli, e71641/2025- 27-35 saylı tələbin könüllü icra edilməsi haqqında bildirişdə həmim bildirişin Şəki şəhəri, M.Ə.Rəsulzadə küç, 29/3 ünvanına göndərilməsi qeyd edilsə də, icra işinin materiallarından görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi hazırkı icra işini o Şəki şəhərində yaşamadığı əsası ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Həmin bildirişi göndərən icra məmuru X2 heç fikirləşmir ki, əgər o Şəkidə yaşayırsa onda onun borclu olduğu icra işinə o necə baxa bilər, onda həmin icra işinin aidiyyəti üzrə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərməlidir. Əgər Şəki şəhərində yaşamırsa və buna görə iş aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilibsə ona nəyə görə həmin bildiriş onun faktiki yaşadığı ünvana deyil, qeydiyyatda olduğu ünvana göndərilir. Həminin inzibati xəta haqqında protokola həmin bildirişin ona çatdırılması barədə hər hansı rəsmi sənəd də əlavə edilməmişdir. Əgər o Şəkidə yaşayırsa onda onun borclu olduğu icra işinə o necə baxa bilər, onda həmin icra işinin aidiyyəti üzrə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərməlidir. Əgər Şəki şəhərində yaşamıramsa və buna görə iş aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilibsə onda nəyə görə onun barəsində axtarış qərarı Abşeron rayon Polis İdarəsinə deyil, Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilir. Bundan əlavə bildirmək istəyir ki, icra məmuru X7 öz vəzifə səlahiyyətlərini aşaraq onu axtarışa vermişdir. Belə ki, o faktiki Abşeron rayonunda yaşayır və buna görə də onun borclu olduğu hazırkı icra işi aidiyyatı üzrə Abşeron rayon İcra və Probasiya göndərilmişdir. Belə olan halda onun icra hərəkətləri ilə bağlı icra şöbəsinə dəvət edilməyi ilə bağlı bildirişlər həmin ünvana göndərilməlidir. Lakin barəsində saxta olaraq tərtib edilmiş inzibati xəta haqqında protokola onun bir dəfə də olşa Abşeron rayonunda faktiki yaşadığı ünvana hər hansı bildirişin göndərilməsi və həmin bildirişin ona çatdırılması barədə hər hansı sübut mövcud deyildir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, uşaq görüş zamanı onunla getmək istəsə də atası uşağı aparmağa imkan verməmişdir. Şəxs şikayətçidir. Məhkəmə iclasında müdafiəçi Femida Vəkil Bürosunun vəkili Vəkil2 bildirdi ki, xx.xx.2025ci il tarixli aktdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azyaşlı uşağı Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirmiş və icra məmurunun, eləcə də psixoloq və sair şəxslərin iştirakı ilə görüş keçirilmişdir. Uşaq anası ilə deyil, atası ilə getmək istəmişdir. Müəyyən edilmişdir ki, Şəxs tərəfindən icra sənədinin icrasında yayınma ilə bəğlı hər-hansı hərəkətlərə yol verilmir. Buna görə də Sizdən xahiş edirik iştirakımız olmadan məhkəmə iclasını keçirib iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2075)-292/2023 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahdan olan uşaqları 21 may 2020-ci il təvəllüdlü X4 iddiaçı Şəxs alınaraq cavabdeh Zərərçəkmiş şəxs verilməsi və cavabdehin yanında saxlanılması, 21 may 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay üçün 220 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi, aliment tutulmasının əvvəli 21 may 2020-ci il təvəllüdlü X3 iddaçı Şəxs alınaraq cavabdeh Zərərçəkmiş şəxs verildiyi vaxtdan hesablansın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Şəxs 46,40 (qırx altı manat, 40 qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2025-ci il tarixində icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti “X1 İşləri və və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyanın rəyindən görünür ki, X1 İşləri və və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci, 58.2-ci, 60.1-ci və 60.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı ara.dırmaları nəzərə alaraq xx.xx.2020-ci il təvəllüdlü X4 atası Şəxs yanında qalmasını yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəyə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1 və 3.2-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmələrə izah edilməlidir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıqaydın halların olub-olmamasına qiymət verilməlidir Məhkəmənin mövqeyi: Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 55 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil1 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 55 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil1 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-3277/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3277/2025
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver