Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-329/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şikayət verən şəxs Kərimov Kərim Kəmaləddin oğlunun, barəsində şikayət verilən Sumqayıt Baş Gömrük İdarəsinin hüquqşünası X1 iştirakları ilə, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidmət general-mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00700/0026 saylı, xx.xx.2021-ci il tarixli 00700/0033 saylı qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Kərimov Kərim Kəmaləddin oğlu tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Kərimov Kərim Kəmaləddin oğlu xx.xx.2021-c il tarixli, 00700/0026 saylı, xx.xx.2021-ci il tarixli 00700/0033 saylı qərarların ləğv edilməsi və araşdırılması üçün müvafiq istintaq orqanına göndərilməsi barədə şikayət vermişdir. Şikayət ərizəsində qeyd etmişdir ki, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Mersedes Benz minik avtomobillərinin işlənmiş ehtiyat hissələrinin satışını həyata keçirir. 2020-ci ilin oktyabr tarixində ilk dəfə Gürcüstan Respublikasından sifariş əsasında Mersedes Benz minik avtomobillərinin istifadə olunmuş ehtiyat hissələrini Azərbaycan Respubliasına idxal etmək qərarına gəlmiş və Gürcüstanda fəaliyyət göstərən ehtiyat hissələrinin satışını həyata keçirən Gürcüstan vətəndaşları ilə müqavilə bağlamışdır. Sifarişi əsasında Gürcüstandakı ehtiyat hissələrinin satışını həyata keçirən şəxslər xx.xx.2020-ci il tarxində Qazax-Qırmızı Körpü Gömrük keçid məntəqəsi vasitəsilə ona 1450 kg çəkisində olan istifadə olunmuş Mersedes Ehtiyat hissələrini ona göndərmişlər. Təyinat yeri isə Sumqayıt Baş Gömrük İdarəsini bildirmişdir. Mallar gəldikdən sonra o, Sumqayıt Gömrük İdarəsinə gedərək, gömrük rəsmiləşdirilməsini həyata keçirmiş və rüsumları ödəyərək malı təhvil almışdır. Bundan bir həftə sonra isə, yəni xx.xx.2020-ci il tarixində öncədən verdiyi sifariş əsasında Gürcüstandakı mal göndərən onun xəbəri olmadan 1030 kq istifadə olunmuş ehtiyat hissələrini ona göndərmiş və mal Qazax-Qırızı Körpü Gömrük keçid məntəqəsindən keçdikdən sonra ona malın gəlməsi barədə məlumat verilmişdir. O da malın gömrük rəsiləşdirməsini həyata keçirərək təhvil almışdır. O, 1-ci dəfə yəni xx.xx.2020-ci il tarixində malın Gömrük rəsmiləşdirməsini həyata keçirərkən ona bildirildi ki, Gürcüstandan mallar çıxmazdan qabaq Gömrük xidmətinə qısa idxal bəyannaməsi verməliymiş. O da ilk 2020-ci ildə dəfə mal gətirdiyinə görə və gömrük qanunvericiliyində olan dəyişikliyi bilmədiyinə görə qısa idxal bəyannaməsini verə bilməmişdir. 2-ci dəfə, yəni xx.xx.2020-ci il tarixində gələn malın göndərilməsindən onun xəbəri olmamış, mal göndərən Gürcüstan vətəndaşı öncədən malı göndərəcəyi ilə bağlı ona məlumat verməmişdir. Gömrük idarəsindən ona bildirildi ki, qısa idxal bəyannaməsini vermədiyinə görə ona hər gələn malın bəyannaməsinə görə 1000 manat məbləğində cərimə tətbiq olunacaq. Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat Böməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X5 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi barədə İnzibati Xəta haqqında protokollar tərtib etmişdir. Daha sonra isə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidmət generalmayoru X4 tərəfindən 2021-ci il tarixli, 00700/0026 saylı inzibati tənbeh vermə haqqında qərar və - .01.2021 -ci il tarixli, 00700/0033 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2021--ci il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən o, (VÖEN **********) tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində xx xxxxxxx 2020-ci il tarixli, **********7055 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər XV302XX nömrəli avtomobil ilə xx xxxxxx 2020-ci il taridə saat 19:42-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan Keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və lakin həmin yükə dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən o, (VÖEN **********) tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində xx xxxxxxx 2020-ci il tarixli, **********5739 sorğu nömrəli Sömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər XV302XX nömrəli avtomobil ilə xx xxxxxx 2020-ci il taridə saat 06:19-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan Keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və lakin həmin yükə dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta hesab olunur. Hər iki qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidmət general-mayoru X4 tərəfindən barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00700/0026 saylı inzibati tənbeh vermə haqqında qərar və xx.xx.2021-ci il tarixli, 00700/0033 saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, hər iki qərar bir sahibkar kimi onun hüquqlarını pozmuşdur və onun müflisləşməsinə səbəb olacaqdır. Bildirir ki, Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli qanununa əsasən, İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsinə 485.2-ci maddəsi əlavə edilmişdir. Bildirir ki, o, uzun müddətdir ki, xarici ölkədən mal idxal etməmişdir və qanunvericilikdə edilən dəyişiklikdən də xəbəri olmamışdır. Bu barədə Gömrük orqanları da ona məlumat verməmişdir. Hesab edir ki, əgər o, iki inzibati xətaya görə 2000 manat cərimə ödəməyə məhkum olsa maddi vəziyyəti çox pis olacaq və onun bir sahibkar kimi iflas olmağına gətirib çıxaracaq. Hazırki COVİD-19 pandemiyası şəraitində, iş yerlərinin bağlandığı bir zamanda onun hər inzibati xətaya görə 1000 manat cərimə olunmağı sahibkar kimi özünün və ailəsinin maddi vəziyyətini pisləşdirəcək və gündəlik tələbatlarını qarşılanmasında çətinliklər yaranacaq. Bildirdi ki, himayəsində iki azyaşlı övladı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidmət general-mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-c il tarixli, 00700/0026 saylı, xx.xx.2021-ci il tarixli 00700/0033 saylı qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət verən şəxs Kərimov Kərim Kəmaləddin oğlu eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qərar qanunsuz və əsassızdır onun heç bir təqsiri yoxdur. İnzibati qərar qəbul etmiş şəxs Sumqayıt Baş Gömrük İdarəsinin hüquqşünası Abdullayev Sənan Elxan oğlu məhkəmədə çıxış etməklə bildirmişdir ki, xx.xx.2021-ci il tarixli, 00700/0026 saylı, xx.xx.2021-ci il tarixli 00700/0033 saylı qərarlar qanuni və əsaslıdır, şikayət təmin edilməməlidir. Məhkəmə şikayət verən şəxsin və qərarından şikayət verilən şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1979-cu il təvəllüdlü Kərimov Kərim Kəmaləddin oğlu barəsində xx.xx.2021-ci il tarixli, 00700/0026 saylı, xx.xx.2021-ci il tarixli 00700/0033 saylı protokollar tərtib olunmuşdur. Protokola əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir İş materiallarında olan görünür ki, X3 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi nəticəsində Kərimov Kərim Kəmaləddin oğlu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Kərimov Kərim Kəmaləddin oğlu inzibati qərardan şikayətini uzun müddət xarici ölkədən mal idxal etməməsi və qanunvericilikdə edilən dəyişiklikdən də xəbəri olmaması ilə əsaslandırılmışdır. Lakin qeyd olunan hallar, yəni qanunları bilməmək məsuliyyətdən azad etmədiyi üçün şikayətin təmin olunması və qərarların ləğv olunması üçün əsas ola bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, şikayət verən şəxs şikayətində eyni zamanda 2 (iki) qərarın ləğv olunmasını xahiş etmişdir ki, bu da prosessual qaydalara uyğun deyildir. Belə ki, inzibati qanunvericilik qərarlardan deyil qərardan şikayətə baxılmasını nəzərdə tutmuşdur. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Kərimov Kərim Kəmaləddin oğlu Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidmət general-mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00700/0026 saylı, xx.xx.2021-ci il tarixli 00700/0033 saylı qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas olmadığına görə şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Kərimov Kərim Kəmaləddin oğlunun Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidmət general-mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00700/0026 saylı, xx.xx.2021-ci il tarixli 00700/0033 saylı qərarlardan verilmiş şikayəti əsassız olduğundan təmin edilməsin. Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidmət general-mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00700/0026 saylı, xx.xx.2021-ci il tarixli 00700/0033 saylı qərarlar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-329/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-329/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver