Məhkəmə qərarları › İş №3(012)-33/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-33/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-33/2021 25.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Qafarov Süleyman Hicranoviçin verdiyi şikayət ərizəsinə xx.xx.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qafarov Süleyman Hicranoviç şikayət ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsində bildirmişdir ki, o, Azərbaycan və Rusiya vətəndaşıdır. Şikayəti Miqrasiya Xidməti ilə bağlıdır. xx.xx.2019-cu il tarixədən qeydiyyta düşmədiyi üçün AR İXM-nin 575.1 maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətdiyinə görə cərimə olunmuş, lakin cəriməni ödəməyə maddi imkanı olmamış, Mehriban Əliyevaya şikayət etmiş, onun şikayətinə cavab olaraq Azərbaycan vətəndaşlığının qəbul edilməsinə dair müraciət edilməsi tövsiyyə edilmiş, onun müraciətindən sonra vətəndaşlığı qəbul edilmişdir. Lakin onun cərimə tənbehi hazırda qüvvədədir. Ona görədə bu özbaşınalıq aradan qaldırılmalıdır. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, Qafarov Süleyman Hicranoviçin ərizəsi tərtib edilərkən inzibati tənbeh qərarından şikayət formasına əməl edilməmiş, şikayət verən özünü iddiaçı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini cavabdeh qismində qeyd etmiş, ərizənin xahiş etdi hissəsində isə şikayət verən konkret olaraq nə istədiyini və nədən şikayət etdiyini bildirməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3 maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Hesab edirəm ki, hazırkı vəziyyətdə şikayətə baxılması və ya cərimənin ləğv edilməsi istisna edilir. Ona görə də ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Qafarov Süleyman Hicranoviçin ərizəsi geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar