Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-33/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsi Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı RETSİ-nin nümayəndəsi X3 və "xxxx" MTK-nin qanuni nümayəndəsi X1 iştirakları ilə “KRAL A.İ" MTK (hüquqi ünvanı: (VÖEN:**********, hüquqi ünvanı: Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində qeydiyyatda olan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı RETSİ tərəfindən "xxxx" MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi üzrə MN ******* saylı protokol məhkəməyə daxil olmuşdur MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev ünvanında müvafiq icra hakimiyyətinin rəyi olmadan və ya nəzərə alınmadan 2 ədəd yapon əzgilinin və 4 ədəd dekorativ kol bitkisinin qanunsuz köçürülməsi nəticəsində "xxxx" MTK Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK –nın nümayəndəsi X2 inzibati xətanın törədilməsini qəbul etmədi və bildirdi ki, "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 31 ünvanında müvafiq icra hakimiyyətinin rəyi olmadan və ya nəzərə alınmadan 2 ədəd yapon əzgilinin və 4 ədəd dekorativ kol bitkisi dibçəkdə olmaqla torpağa basdırılmış vəziyyətdə olmuşdur. Orda yenidənqurma işləri aparıldığından dibçəklə torpaqdan çıxarılmaqla binanın həyətində daha yaxşı yerə köçürülmüşdür. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı RETSİ-nin nümayəndəsi X5 qeyd olunan halları təkzib etdi və bildirdi ki, qeyd olunan 2 ədəd yapon əzgilinin və 4 ədəd dekorativ kol bitkisi dibçəkdə deyil köküstəyaş vəziyyətdə torpaqda olmuşdur. Ona görə də Kral A.İ MTK barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MTK Azərbaycan Respublikası İXM-nin 253- 1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi, inzibati xəta haqqında protokol, akt, fotoşəkillərlə digər materiallarla məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 07 oktyabr 2021-ci il tarixli 66 saylı sərəncamına əsasən Abşeron rayonu ərazisində “Yaşıllıqların mühafizəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası qanunlarının və Ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyəti araşdırılarkən Xırdalan şəhəri, H.Əliyev prospekti 31 ünvanında yerləşən Kral A.İ MTK-ya məxsus binanın qarşısında ağacların və kolların çıxarılması faktı aşkar edilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, Kral A.İ MTK-ya məxsus binanın qarşısında aparılan qazıntı işləri zamanı ərazidə mövcud olmuş köküstəyaş halda diametri 4sm-dən 2 ədəd yapon əzgili və 6 ədəd dekorativ kol bitkisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dövlət ekspertiza Agentliyinin rəyi və müvafiq icra hakimiyyəti orqanının qərar və götürmə rəyi olmadan qanunsuz köçürüldüyü faktı aşkar olundu. Araşdırma müddətində müəyyən edildi ki, Kral-A.İ MTK tərəfindən yuxarıda qeyd olunan yaşıllıqlar götürülərkən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 10 və 13-cü maddələrinin tələbləri, habelə “Yaşıllıqların götürülməsi qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı qərarının tələbləri pozulmuşdur. Akta ərazidən çəkilmiş fotoşəkillər də əlavə edilmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir nəzərədə tutulur. Həmin qanunun 13.1.-ci maddəsinə əsasən Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin qanunun 13.2-ci maddəsinə əsasən bu qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır: 13.3. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər 15 (on beş min) manat miqdarında cərimə edilir. Yaşıllıqların götürülməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli qərarına əsasən Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir:2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Həmin qaydanın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında ”KRAL A.İ MTK-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə qeyd olunan halların yoxlanması üçün tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş, aktda qeyd olunan hallar öz təsdiqini tapmışdır. Məhkəmə “KRAL A.İ MTK–nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “KRAL A.İ MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 15000 (on beş min) manat məbləğində cərimə edilsin və həmin məbləğ Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-33/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-33/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver