Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-330/2021 16.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 mənzil 41 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157 və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X4 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 14 radələrində ünvan 4 mənzil 157 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə əri Şəxs arasında birgə yaşadıqları mənzildə ailə-məişət münasibətlərinin pisləşməsi zəmnində yəni, Şəxs arvadı Zərərçəkmiş şəxs mənzilin işıqlarını səbəbsiz yerə yandırmasını irad bilməsi sonuncunun ona edilən iradları səmimi qəbul etməməsi səbəbindən yaranmış mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs əvvəlcə əlinin içərisi ilə baş nahiyyəsindən bir neçə dəfə zərbələr endirmiş, bundan sonra əynində olan köynəyi qəsdən sıxıb boğaz nahiyyəsindən xəsarət yetirib, sonda yerə yıxaraq saçından dartmış və bədəninin müxtəlif nahiyyələrinə əli ilə zərbələr endirməklə boyun nahiyyəsinin sağ səthinin sıyrığı, sol bazunun aşağı 1/3-nin bayır səthinin, sol bazunun orta 1/3-nin bayır səthinin və sağ baldırın orta 1/3-nin ön səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bundan başqa xx xxxxxx 2021-ci il tarixdə X1 ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət edərək onun yeznəsi Şəxs yaşadığı evdə narkotik vasitələrdən istifadə etməsini bildirmişdir. Daxil olmuş ərizə ilə bağlı olaraq Şəxs Abşeron Rayon Polis İdarəsinə dəvət olunmuş və izahatı alınmışdır. Bu zaman o, son zmanlar narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Bununla bağlı olaraq Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs narkotik vasitə olan marixuanadan (THC) istifadə etmişdir. Bununla da Şəxs, Azərbaycan Respublikası İXM-nin 157 və 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları ona ünvan 4 mənzil 157 ünvanında yaşayan arvadı Zərərçəkmiş şəxs mənzilin işıqlarını səbəbsiz yerə yandırmasını irad bilməsi sonuncunun ona edilən iradları səmimi qəbul etməməsi səbəbindən yaranmış mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs əvvəlcə əlinin içərisi ilə baş nahiyyəsindən bir neçə dəfə zərbələr endirmiş, bundan sonra əynində olan köynəyi qəsdən sıxıb boğaz nahiyyəsindən xəsarət yetirib, sonda yerə yıxaraq saçından dartmış və bədəninin müxtəlif nahiyyələrinə əli ilə zərbələr endirməklə boyun nahiyyəsinin sağ səthinin sıyrığı, sol bazunun aşağı 1/3-nin bayır səthinin, sol bazunun orta 1/3-nin bayır səthinin və sağ baldırın orta 1/3-nin ön səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş onu Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Burada onun izahatı alınmışdır. O, arvadını döydüyünü, hərdən narkotik vasitələrdən istifadə etdiyini, etdiyi əməldə özünü tam təqsirli bildiyini, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, MN 02122 saylı, xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı və157-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 54 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinə zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda qeyd edilən müddətdə və şəraitdə , yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəri təyin olunmur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 103 saylı sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, Şəxs narkotik vasitə olan marixuana qəbul etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-cı və157-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edildiyindən o, dərhal məhkəmə zalından azad edilməlidir. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. O, dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-330/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-330/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver