Məhkəmə qərarları › İş №3(012)-330/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-330/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-330/2024 26.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli EQ 17750725 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli EQ 17750725 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə ilə xx.xx.2024-cü il Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, ona məxsus “JAC” markalı 99XL837 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 29 oktyabr 2023-cü il tarixində Abşeron rayonu (Dənizkənarı yol) Pirşağı istiqamətində idarə edən zaman inzibati tənbehə əsasən EQ 17750725 saylı qərar qüvvəyə minmişdir. Odur ki, Bakı şəhər dövlət yol polis idarəsinin qərarından məhkəməyə şikayət verilmə müddəti ötürülmüşdür. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli EQ 17750725 saylı inzibati xəta haqqında elektron qərarından müəyyən edilir ki, o, ona məxsus olan “JAC” markalı 99XL837 dövlət qeydiyyat nişanlı avtomobili yolda müəyyən edilmiş hərəkət sürətini 18 km/saat həddində aşmışdır. Ona görə də 300 manat məbləğində cərimə ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasın buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli EQ 17750725 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə dəlilləri əsaslı deyildir. Bu səbəbdən onun ərizəsi əsassız olduğundan rədd olunmalı, şikayəti və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli EQ 17750725 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunsun. Şikayəti və ona əlavə olunan sənədlər geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar