Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-3309/2025 15.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X1, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edlmiş EQ 32086526 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlir ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı, həmin qərarı nə vaxt aldığına dair sənədi şikayətinə əlavə etməmiş, şikayət düzgün tərtib olunmamış, ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət əlavə etməmişdir. İş materiallarından göründüyü kimi, X5 barəsində qəbul edilmiş qərardan şikayət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun şəkildə tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərardan X5 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edlmiş xx.xx.2025-ci il tarixli qərardan verilmiş şikayəti geri qaytarılsın. X4 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-3309/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-3309/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver