Məhkəmə qərarları › İş №3(012)-331/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-331/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-331/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X1, Babayeva Validə Ramin qızının katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şamaxının Mərzəndiyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxının Mərzəndiyə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu və 535.1-ci maddələrilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X2 bildirdi ki, xx.xx.2025-ci il tarixində saat 00:20 radələrində Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanıldığı zaman küçədə ucadan nalayiq ifadələr işlətmiş və Abşeron RPİ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu fakt raport, izahat ilə təsdiq edilir. Odur ki, bütün bunları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, əməlindən peşmandır. Həmin gün yüngül içki qəbul etmişdir. Avtomobil onun olsa da o sükan arxasında deyildi, maşını dostu sürürdü. Polis əməkdaşları maşını saxladılar, sürücünü soyadını və adını soruşdular. O isə onlardan nə üçün saxlanılmasının səbəbini soruşmuşdur. Əlindən telefonu zorla almaq istədiklərində onlara vermək istəməmişdir. Söyüş söyməyini qəbul edir, lakin polisin qanuni tələblərini pozmamışdır. Əksinə polislər onun telefonunu əlindən aldıqlarına görə hadisə olmuşdur. Xəstə anası da maşında idi, Bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 məhkəmə iclasında Şəxsnın törətdiyi əməlin düzgün tövsif edilmədiyini, yəni söyüş söymək İXM-nin müvafiq maddələrinin tərkibini yaratmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində saat 00:20 radələrində Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksində Abşeron RPİ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt raport, izahat ilə təsdiq edilir. İş materiallarında olan Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində saat 00:20 radələrində Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanıldığı zaman küçədə ucadan nalayiq ifadələr işlətmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt raport, izahat ilə təsdiq edilir. İş materiallarında olan diskdən görünür ki, Şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanıldığı zaman ucadan nalayiq ifadələr işlətmiş və Abşeron RPİ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül sərxoşluq aşkar olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 03:00-da inzibati qaydada tutulmuşdur. "Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 3-cü maddəsinin ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1 -ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1 -ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs ilk dəfə bu xarakterli inzibati xəta törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları və İnzibati Xətalar Məcəlləsinin 31.4-1 -ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ona inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmayan həddə cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 88.1 -ci maddəsinə görə fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması inzibati qaydada tutma hesab olunur. Həmin Məcəllənin 31.4-1 -ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 150 (yüz əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar