Məhkəmə qərarları › İş №3(012)-3313/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3313/2025

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3313/2025 16.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X2 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X3 Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ünvanında Şəxs MMC-yə məxsus istixananın fəaliyyəti zamanı formalaşmış tullantı sularının Mirzələdi gölünə axıdılması faktı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ünvanında Şəxs MMC-yə məxsus istixananın fəaliyyəti zamanı formalaşmış tullantı sularının Mirzələdi gölünə axıdılması faktı aşkar edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X2 nümayəndəsi Nümayəndə bildirmişdir ki, Suların İstifadəsinə va X4 Xidmətinin 2 saylı X2 əməkdaşları tərəfindən "Su Məcəlləsinin, "Su təchizatı yə tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun, suların istifadəsi və mühafizəsi sahəsində müvcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu Novxanı qəsəbəsi ünvanında fəaliyyət göstərən ‘‘Botanik 2016” MMC-nin fəaliyyəti zamanı formalaşan tullantı sularının heç bir təmizlənmə prosesindən keçmədən birbaşa Mirzələdi gölünə axıdılması faktı aşkar olunmuşdur. Həmin kanalizasiya xəttinin bələdiyyə tərəfindən çəkilməsi və bələdiyyəyə məxsus olmasını təsdiq edən sənəd onlara təqdim olunmamışdır.Həmin xətt MMC-dən çıxdığına görə MMC barəsində inzibati araşdırma aparılmışdır. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Belə ki, "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı tullantı sularının axıdılması ümumiyyətlə mümkün deyil. Belə ki, xüsusi su xətləri ilə gələn sular gül dibçəklərinin dibinə axır və güllər həmin sudan qidalanır. Beləliklə su xətləri ilə gələn su heç vaxt hər hansı bir yerə axıdılmır. Bundan başqa, protokolda qeyd edilmişdir ki, guya "xxxx" MMC tərəfindən sular təmizlənmədən kanalizasiya boruları ilə gölə axıdılır. Halbuki həmin borularla təsərrüfatdan su axıdılması qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, fəaliyyət formasına görə təsərrüfatdan ümumiyyətlə heç bir yerə su axıdılmır. Sözügedən borular bələdiyyə tərəfindən çəkilmiş kanalizasiya borularıdır ki, həmin kanalizasiya xətti də təyinatı üzrə istifadə edilir. Həmin kanalizasiya "xxxx" MMC tərəfindən çəkilməmiş və "xxxx" MMC-yə aid deyildir. Novxanı Bələdiyyəsinin arayışından da görünür ki, "xxxx" MMC-nin yalnız mətbəx və sanitar qovşağından axıdılan sular Novxanı Bələdiyyəsi və kənd əhalisi tərəfindən vaxtı ilə çəkilmiş kanalizasiya xəttinə axıdılır. Beləliklə də, protokol tərtib edilən zaman yalnış nəticəyə gəlinmiş və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırki vəziyyət Azərbaycan Respublikasının İXM -nin 264.0.1-ci maddəsinin təsiri altına düşmür. Qeyd edək ki, "xxxx" MMC ilk növbədə, bitkilərin becərilməsi atmosferin sağlamlaşdırılmasında əvəzsiz rol oynayır. Bitkilər fotosintez prosesi vasitəsilə karbon qazını udaraq oksigen ifraz edir. Bu proses havadakı zərərli qazların miqdarının azalmasına, iqlim dəyişikliklərinin təsirinin zəiflədilməsinə və ümumi ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir. "xxxx" MMC tərəfindən becərilən bitkilər bu mənada təbii oksigen mənbəyi kimi çıxış edərək hava keyfiyyətinin yüksəlməsinə töhfə verir. Bununla yanaşı, bitkilər torpaq örtüyünün qorunmasında mühüm rol oynayır. Bitki kök sistemləri torpağın strukturunu möhkəmləndirir, eroziyanın qarşısını alır və torpağın münbitliyinin saxlanılmasına kömək edir. Xüsusilə şəhər və ətraf ərazilərdə yaşıllıqların artırılması torpağın deqradasiyasının qarşısını alaraq təbii balansın bərpasına şərait yaradır. "xxxx" MMC-nin fəaliyyəti bu baxımdan torpaq ehtiyatlarının qorunmasına yönəlmiş əhəmiyyətli bioloji təsirə malikdir. Tərtib edilən əsassız inzibati xəta haqqında protokol "xxxx" MMC-nin ekoloji və ictimai faydaya yönəlmiş fəaliyyətinə maneə törədir. Belə ki, bitkilərin becərilməsi uzunmüddətli və davamlı proses olduğundan, fəaliyyətin pozulması və ya ləngiməsi nəticəsində əkinlərin məhv olması, bioloji dövriyyənin pozulması və ətraf mühit üçün nəzərdə tutulan müsbət təsirin azalması baş verə bilər. Bu isə təkcə şirkətin deyil, ümumilikdə cəmiyyətin və təbiətin maraqlarına ziddir. Nəhayət, belə halların mövcudluğu sahibkarlıq fəaliyyətinin azadlığı prinsipinə və qanunvericiliklə qorunan hüquqlara zidd olmaqla, dövlətin ekoloji təşəbbüsləri və yaşıl iqtisadiyyatın inkişafı siyasəti ilə də uyğun gəlmir. Əsassız inzibati təsir tədbirləri ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyət göstərən hüquqi şəxslərin təşviqi əvəzinə onların fəaliyyətinin zəiflədilməsinə və təşəbbüskarlığın azalmasına səbəb olur. Nəticə etibarilə, "xxxx" MMC barəsində əsassız inzibati xəta haqqında protokolun tərtib edilməsi şirkətin işgüzar nüfuzuna, maliyyə sabitliyinə, ekoloji və ictimai faydalı fəaliyyətinə ciddi mənfi təsir göstərir və bu cür hallar qanunauyğunluq, ədalət və proporsionallıq prinsiplərinə ziddir. Qeyd edilənlərin nəzərə alınaraq və hazırkı işdə inzibati xəta hadisəsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ünvanında Şəxs MMC-yə məxsus istixananın fəaliyyəti zamanı formalaşmış tullantı sularının Mirzələdi gölünə axıdılması faktı aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının 264.0.1-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. 26 noyabr 2025-ci il tarixli 000565 nömrəli aktdan görünür ki, Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X2 24 noyabr 2025-ci il tarixli 00033 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Su Məcəlləsinin, suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Novxanı qəsəbəsi ünvanında Şəxs MMC- yə məxsus istixananın fəaliyyəti zamanı formalaşmış tullantı sularının Mirzələdi gölünə axıdılması faktı aşkar edilmişdir. Protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, protokol tərtib edən şəxs Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan kanalizasiya xəttinin BOTANİK 2016” MMC-yə məxsus olmasını, tullantı sularının həmin kanalizasiya xətti vasitəsilə Mirzələdi gölünə axıdılmasını bildirir. Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Ə.Qalası küçəsində yerləşən Şəxs MMC-nin inzibati binasının yalnız mətbəx və sanitar qovşağından axıdılan su vaxtilə Novxanı bələdiyyəsi və kənd əhalisi tərəfindən çəkilmiş kanalizasiya xəttinə axıdılır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, video görüntülərə baxış keçirib hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı təqsirliliyi sübuta yetirilmədiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X3 tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan xətanın törədilməsi göstərilsə də, məhkəmədə aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən qeyd edilən xətanın törədilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, protokol tərtib edən şəxsin təqdim etdiyi videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntüdə kanalizasiya xəttinin Şəxs MMC-yə məxsus olması, tullantı sularının həmin kanalizasiya xətti vasitəsilə Mirzələdi gölünə axıdılması barəsində protokol tərtib edilmiş hüquqi şəxsə məxsus olması, məhz Şəxs MMC-nin fəaliyyət göstərdiyi müəssisədən tullantı sularının axıdılması ilə bağlı hər hansı sübut müəyyən edilməmişdir. Bundan başqa, Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən Abşeron rayonu, Novxanı kəndi, Ə.Qalası küçəsində yerləşən Şəxs MMC-nin inzibati binasının yalnız mətbəx və sanitar qovşağından axıdılan su vaxtilə Novxanı bələdiyyəsi və kənd əhalisi tərəfindən çəkilmiş kanalizasiya xəttinə axıdıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından göründüyü kimi, İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğular və ya avadanlıqlar olmadan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan görünür ki, məhz videogörüntüdə olan tullantı sularının Şəxs MMC-yə məxsus istixananın fəaliyyəti zamanı formalaşmış tullantı sularının Mirzələdi gölünə axıdılmasını təsdiq edən, hüquqi şəxsin qeyd edilən inzibati xətaya aidiyyətini müəyyən edən hər hansı sübut müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Şəxs MMC tərəfindən İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməməsi qənaətinə gəlir və hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1 -ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1 -ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3- cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə iş üzrə icraata xitam verilir. 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar