Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-332/2021 16.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 211.2-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin İTŞ-nin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı xx.xx.2021-ci il tarixli və MN ******* saylı xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Şəxs oğlu xx.xx.2021-ci il tarixdə saat 11:16 radələrində Bakı- Şamaxı şosesi, Sulutəpə qəsəbəsi, Ş.Əfəndizadə küçəsi “Al” marketin qarşısında tibbi maskadan istifadə etməmiş və ucadan nalayiq söyüşləri söymüşdür. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:16 radələrində Bakı-Şamaxı şosesi, Sulutəpə qəsəbəsində xidmət apardığı zaman karantin rejimini pozaraq tibbi maskadan istifadə etməmiş və ucadan nalayiq söyüşlər söymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 211.2-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs oğlu inzibati xəta törətməsini qəbul edərək izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində yaşadığı evin qarşısında icarəyə verib işlətdiyi “Al” marketdən siqaret alıb çıxarkən Bakı-Şamaxı şosesində dükanının qarşısında YPX-nın əməkdaşlarının bir avtomaşın saxlamasını və həmin avtomobilin sürücüsü ilə söhbət etməsini görmüşdür. Əvvəllər həmin sürücünü tanıdığınıdan qoruyucu maska olmadan YPX-nın əməkdaşlarına ona məxsus obyektin qarşısında saxladıqları üçün əsəbləşmiş və onların ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə çıxışında müdafiəçi vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA-nın İİİ Tağımının baş inspektoru X5 bildirdi ki, 2017-ci ildən BDYPİ-nin YPXA-nın İİİ Tağımında YPXB inspektoru vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə saat 11:16 radələrində təsdiq olunmuş xidmət cədvəlinə əsasən Bakı-Şamaxı yolunun 13,5-ci km-də KİA markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı keşik avtomobilində xidmət apararkən Nissan Maxima markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil qayda pozduğu üçün o və YPXİ-nin polis kiçik serjantı Ruslan Kandaurovla birlikdə saxlamış, Ruslan Kandaurov avtomobilə yaxınlaşaraq özünü təqdim etdikdən sonra sürücüyə qayda pozuntusu izah edilmişdir. X2 tibbi qoruyucu maskadan istifadə etmədən yüksək səslə polis əməkdaşlarına etirazını bildirmişdir. Bu zaman o, sürücüyə yaxınlaşaraq onu sakitləşdirməyə və qayda pozuntusunu izah etməyə çalışmışdır. Bu zaman bir nəfər şəxs kənardan qoruyucu tibbi maska olmadan onların işinə müdaxilə edərək uca səslə ictimai yerdə küçə söyüşləri söyərək xidmətlərinə mane olmaqla onları təhqir etmiş və avtomobil barəsində tədbir görülməsinə mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA-nın İİİ Tağımının inspektoru X4 bildirdi ki, BDYPİ-nin YPXA-nın İİİ Tağımında YPXB inspektoru vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə saat 11:16 radələrində təsdiq olunmuş xidmət cədvəlinə əsasən Bakı-Şamaxı yolunun 13,5-ci km-də KİA markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı keşik avtomobilində xidmət apararkən Nissan Maxima markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil qayda pozduğu üçün o və YPXİ-nin polis kiçik serjantı Kənan Süleymanovla birlikdə saxlamış, avtomobilə yaxınlaşaraq özünü təqdim etdikdən sonra sürücüyə qayda pozuntusu izah edilmişdir. X2 tibbi qoruyucu maskadan istifadə etmədən yüksək səslə polis əməkdaşlarına etirazını bildirmişdir. Bu zaman YPXBİ-nin polis leytenantı Kənan Süleymanov sürücüyə yaxınlaşaraq onu sakitləşdirməyə və qayda pozuntusunu izah etməyə çalışmışdır. Bu zaman bir nəfər şəxs kənardan qoruyucu tibbi masada olmadan onların işinə müdaxilə edərək uca səslə ictimai yerdə küçə söyüşləri söyərək xidmətlərinə mane olmaqla onları təhqir etmiş və avtomobil barəsində tədbir görülməsinə mane olmuşdur. Məhkəmə baxışında qeyd olunan halları təsdiq edən videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510 və 211.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə görə Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə pozulmasına görə fiziki şəxslər yüz manat məbləğdə, vəzifəli şəxslər min iki yüz manat məbləğində, vəzifəli şəxslər min dörd yüz manat məbləğində cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş üzrə Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs karantin rejimi qaydalarını bildiyi halda qəsdən pozmasını, nalayiq ifadələri xidmət aparan polis əməkdaşlarına qarşı işlətməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır, həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il saat 13:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-332/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-332/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver