Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-334/2023 15.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X8, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Quba rayonu, Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Cəlilabad ray, Məlikqasımlı kəndində qeydiyyatda olan və Xırdalan şəh, H.Əliyev pr, ev 3, m 163 ünvanında yaşayan ********** Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X12 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta törətməsi haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin sahə rəisi X12 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:45 radələrində xidmətdə olan Abşeron RPİ-nin DYP şöbəsinin inspektoru Kamil Kərimov tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Chevrolet” markalı, 22BL372 d.q.n avtomobil ilə hərəkətdə olan zaman manevr qaydalarını pozmuşdur. Sürücüyə “saxla” əmri verilmiş, o, avtomobili saxlamış və polis əməkdaşı özünü təqdim etmişdir. Ünsiyyət zamanı M.Məmmədovun tənəffüs yollarından kəskin spirtli içki qoxusu gəldiyi üçün ona alkotestr vasitəsilə müayinə aparılması təklif edilmiş, lakin o, etiraz edərək polisin qanuni tələblərinə tabe olmamış və polisin ünvanına nəlayiq ifadələr işlətmişdir. Polis əməkdaşı onları nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etdirdiyinə görə Abşeron RPİ-nə gətirilmiş və tibbi müayinə keçirilməsi üçün aparılsada müayinənin keçirilməsindən imtina etmiş, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 03:45 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Chevrolet” markalı, 22BL372 d.q.n avtomobil ilə hərəkətdə olan zaman polis əməkdaşı tərəfindən saxlanılmış, həmin vaxt o, spirli içki qəbul etdiyi üçün polis əməkdaşı onu alkotestr vasitəsilə müayinə və tibbi müayinə aparılmasını təklif etmiş, bu zaman o, etiraz etmişdir. Polis əməkdaşı onu nizam-intizama dəvət etsə də, onlar polisin qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərinə davam etmişlər. Sonda o, qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin etdiyi əməlinin səmimi etiraf etməsini əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYP şöbəsinin inspektoru X11 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:45 radələrində onun tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Chevrolet” markalı, 22BL372 d.q.n avtomobil ilə hərəkətdə olan zaman manevr qaydalarını pozmuşdur. Sürücüyə “saxla” əmri verilmiş, Şəxs avtomobili saxlamış və o, özünü təqdim etmişdir. Ünsiyyət zamanı Şəxs tənəffüs yollarından kəskin spirtli içki qoxusu gəldiyi üçün həmin vaxt o, spirli içki qəbul etdiyi üçün ona alkotestr vasitəsilə müayinə aparılması təklif edilmişdir. Lakin Şəxs etiraz edərək polisin qanuni tələblərinə tabe olmamış və polisin ünvanına nəlayiq ifadələr işlətmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYP şöbəsinin inspektoru X3 Kamil Mətləb oğlunun verdiyi izahatında göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından göürünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə tərəfindən diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşının onu nizam-intizama dəvət etməsinə məhəl qoymamış, əksinə, öz hərəkətlərini davam edərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi etirafı onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuş və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edildiyindən o, dərhal məhkəmə zalından azad edilməlidir. Hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. O, dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Abşeron Rayon İcra Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-334/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-334/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver