Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-335/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin qəbul edilmiş qərarlarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin 05 sentyabr 2019-cu il tarixli, N 016-17373Q saylı və 13 sentyabr 2019-cu il tarixli, N 016-77406Ə saylı qərarlarını, o cümlədən BDYPİ-nin 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 12 may 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-ııin 15 iyun 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 08 sentyabr 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin EQ ******* saylı inzibati cərimə protokolu (bu protokolla bağlı ona göndərilən SMS mesajda başqa məlumatlar qeyd olunmayıb, bu səbəbdən, yalnız nömrəsi göstərilir) qanunsuz olduqları üçün ləğv edilməsi, BDYPİ-nin yuxarıda qeyd olunan qərarlarını qanunsuz saymaqla yanaşı, bütün cərimələr ödənilmədən avtomobilin texniki baxışdan keçirilməsindən imtinanın və həmin müddətdə ona yeni inzibati cərimələr yazılmasının qanunsuz olduğunu məhkəmə qərarında xüsusi vurğulanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, istifadəsində olan ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi (bundan sonra - BDYPİ) tərəfindən X2 və onun - X3 adına inzibati xəta haqqında aşağıdakı protokollar - X.Qəhrəmanovun adına 23 sentyabr 2018-ci il tarixli MMX ******* saylı (birinci) və 27 oktyabr 2018-ci il tarixli, EQ 095695 saylı (ikinci) iki elektron protokol daxil olub. Müxtəlif tarixlərdə tərtib olunmasına baxmayaraq BDYPİ hər iki protokol poçtla onun ünvanına eyni gündə - 15 noyabr 2018-ci ildə göndərilmiş və hər iki sənəd ünvana 17 noyabr 2018-ci ildə çatdırılmışdır. Başqa sözlə, birinci protokol tərtib edildikdən 52 gün, ikinci protokol isə 18 gün sonra poçta təqdim edilmişdir. Halbuki, AR İXM-nin 125-ci maddəsinə əsasən, həmin məlumat SMS formasında dərhal, kağız formasında isə 2 gün ərzində ünvanına göndərilməli idi. N. Qəhrəmanovun adına 17 noyabr 2018-ci il tarixli. EQ 241279 saylı (üçüncü) inzibati protokol 19 gün sonra, 06 dekabr 2018-ci ildə onun ünvanına göndərilmiş, N.Qəhrəmanovun adına BDYPİ-nin 09 dekabr 2018-ci il tarixli, EQ 348306 saylı protokolu dördüncü) 40 gün sonra, 16 yanvar 2019-cu ildə poçtla ona göndərilmiş, poçt onu ünvana 19 yanvar 2019-cu ildə (43 gün sonra) təqdim etmişdir. X.Qəhrəmanovun adına BDYPİ-nin 12 yanvar 2019-cu il tarixli, EQ 511058 saylı inzibati cərimə barədə protokolu (beşinci) isə 18 gün sonra - 01 fevral 2019-cu ildə poçtla ona göndərilmiş, poçt onu ünvana 04 fevral 2019-cu ildə təqdim etmişdir. X.Qəhrəmanovun adına BDYPİ-nin 16 fevral 2019-cıı il tarixli. EQ 696775 şaylı inzibati cərimə protokolu (altıncı), 31 gün sonra 18 mart 2019-cu ildə poçtla ona göndərilmiş, poçt ünvana 19 mart 2019-cu ildə (32 gün sonra) təqdim etmişdir. N.Qəhrəmanovun adına BDYPİ-nin 14 mart 2019-cu il tarixli EQ 837979 saylı inzibati cərimə protokolu (yeddinci) 48 gün sonra-- 01 may 2019-cu ildə poçtla ona göndərilib. İ. Əliyevin adına tərtib olunmuş 05 aprel 2019-cu il tarixli, EQ 965906 inzibati cərimə protokolu (səkkizinci) 67 gün sonra - 11 iyun 2019-cu ildə poçtla ona göndərmiş, poçt ona 13 iyun 2019-cu ildə (69 gün sonra) təqdim etmişdir. Başqa sözlə, aprel ayında yazılmış (05 aprel 2019-cu il tarixli) protokol sonrakı ayda - may ayına yazılmış (12 may 2019-cu il tarixli) protokoldan 22 gün sonra inzibati məsuliyyətə cəlb olunan şəxsə göndərilmişdir. Əliyevin adına BDYPİ-nin 12 may 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (doqquzuıncu) 6 gün sonra — 18 may 2019-cu ildə poçtla verilmiş, poçt ona 21 may 2019-cu ildə (9 gün sonra) təqdim etmişdir. Onun adına BDYPİ-nin 15 iyun 2019-cu il tarixli EQ ******* saylı inzibati cərimə protokolu (onuncu) 23 gün sonra - 08 iyul 2019-cu ildə poçta verilmiş, poçt ona 09 iyul 2019-cu ildə (24 gün sonra) təqdim etmişdir. İ.Əliyevin adına BDYPİ-nin 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (on birinci) 17 gün sonra - 24 iyul 2019-cu ildə poçta verilmiş, poçt ona 26 iyul 2019-cu ildə (19 gün sonra) təqdim etmişdir. İ.Əliyevin adına BDYPİ-nin 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (on ikinci) 23 gün sonra - 10 sentyabr 2019-cu ildə poçta verilmiş, poçt ona 12 sentyabr 2019-cu ildə (25 gün sonra) təqdim etmişdir. Onun telefonuna 01.10.2019-cu il tarixdə ASAN Xidmətdən (ASANpay) daxil olan SMS mesajında bildirilir ki, onun adına tərtib olunmuş EQ ******* saylı inzibati cərimə protokolu üzrə “icra qərarı qüvvəyə minib". Həmin protokolun nə ilə bağlı olduğu, hansı tarixdə yazıldığı barədə SMS məlumatda heç nə deyilmir. Buna görə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-cu maddəsinə əsasən qəbul edilmiş qərarlarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş qərarlardan verdiyi şikayət təmin edilməmiş, həmin qərarlar dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 03.07.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş qərarlardan verdiyi şikayəti geri qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 29.01.2021-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;[103] 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Məhkəmədə müəyyən edilmişdir ki, X1nun mübahisələndirdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin 05 sentyabr 2019-cu il tarixli, N 016-17373Q saylı və 13 sentyabr 2019-cu il tarixli, N 016-77406Ə saylı qərarlarını, o cümlədən BDYPİ-nin 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 12 may 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 15 iyun 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 08 sentyabr 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin EQ ******* saylı inzibati cərimə protokolu qanunla müəyyən edilmiş müddətdə yəni SMS formasında dərhal, kağız formasında isə 2 gün ərzində şikayətçinin ünvanına göndərilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən şikayətçi barəsində mübahisələndirilən protokollara baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmişdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt SMS formasında dərhal, kağız formasında isə 2 gün ərzində inzibati xəta törədən şəxsin ünvanına göndərilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Məhkəmədə X3 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokollar əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin 05 sentyabr 2019-cu il tarixli, N 016-17373Q saylı və 13 sentyabr 2019-cu il tarixli, N 016-77406Ə saylı qərarlarını, o cümlədən BDYPİnin 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolu (qərarı); BDYPİnin 12 may 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 15 iyun 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 08 sentyabr 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin EQ ******* saylı inzibati cərimə qərarlar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin 05 sentyabr 2019-cu il tarixli, N 016-17373Q saylı və 13 sentyabr 2019-cu il tarixli, N 016-77406Ə saylı qərarlarını, o cümlədən BDYPİ-nin 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 12 may 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 15 iyun 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 08 sentyabr 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin EQ ******* saylı inzibati cərimə qərarlar ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-335/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-335/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver