Məhkəmə qərarları › İş №3(012)-335/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-335/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-335/2024 28.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət vermiş X10 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 tərəfindən inzibati təneh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X10 verdiyi şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 31 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X6 əməkdaşı tərəfindən X10 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 tərəfindən qəbul olunmuş 09 fevral 2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4.000 manat məbləğində inzibati cərimə edilmişdir. 19 fevral 2024-cü il tarixdə X17 şikayətlə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Azər Süleymanov şikayət ərizəsini məhkəmə iclasında müdafiə edib, bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X6 rəisi X19 09 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 4000 AZN məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarla razı deyil və onu əsassız hesab edir. Belə ki, guya, o, X2nu əmək müqaviləsi olmadan (qüvvəyə minmədən) direktoru olduğu Biovetaqro MMC-də hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. X23 Xidmətinin X8 daxil olmuş şikayətlə bağlı doğru-dürüst araşdırma aparmadan belə bir qərara gəlib ki, guya həmin fakt öz əksini təqdim edilmiş “sənədlərdə” tapmışdır. X2 heç bir zaman şirkətdə işləməyib, sonuncuya onun tərəfimdən nə tapşırıq, nə də göstəriş verilməyib. X2 öz tanışları vasitəsilə və şifahi şəkildə şirkətə müraciət edərək xahiş etmişdir ki, ona X4 qeydiyyat, idxal-ixrac üzrə elektron əməliyyatlar sistemində işləməyə dair əyani təlim keçirilsin. Bununla bağlı olaraq, onun xahişi nəzərə alınmışdır. O, Biovetaqro MMC-nin rəsmi işçisi və X4 qeydiyyat, idxal-ixrac üzrə elektron əməliyyatlar sistemi üzrə mütəxəssis vəzifəsində çalışan X7 müraciət edərək xahiş etdi ki, xanımın icazəsi və razılığı əsasında, X13 imkan daxilində təlim keçsin. X3 tərəfindən qəbul edilmişdir. Bir müddətdən sonra, bəlli oldu ki, X1 öyrənilməsini qavramır və şirkətə iki aya yaxın müddət ərzində X4 qeydiyyat, idxal-ixrac üzrə elektron əməliyyatlar sistemində işləməyə dair əyani təlim keçirilməsi bəhanəsilə həm işçinin vaxtını və gücünü alır, həm də işə qəbul olunmasını tələb edir. Bu xoşagəlməz haldır və X13 bununla bağlı birmənalı olaraq bildirildi ki, tələbləri qəbul edilmir. Bunun nəticəsi olaraq, X18 AR ƏƏSMN-nın 142 çağrı mərkəzinə müraciət edir və bildirir ki, guya onun əmək hüquqları pozulmuşdur. DƏMX-nin X16ndə verdiyi izahata əlavə olaraq ona heç bir aidiyyatı olmayan, öz adı heç yerdə qeyd edilməyən şirkətin işçisi olan X5 iş kompyuterindən çıxarılmış daxili sənədləri təqdim etmişdir. Bununla bağlı olaraq, o, qanunsuz olaraq həm də kommersiya sirrinə aid məlumatları da buna icazəsi olmadan götürmüşdür. Əlavə olaraq, Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, işi araşdıran DƏMX-nin X6 işçiləri hazırkı məsələ ilə bağlı onu idarəyə dəvət etsələr də, birtərəfli, qərəzli və haqsız mövqe tutmuşdular. Hətta, “Allah görür də” ifadəsini dillərinə gətirməkdən çəkinmədilər və heç bir tam və aydın sübut, şahid ifadəsi və dəlil olmadan, onun barəsində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçinin vəkili Vəkil şikayət müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, digər işə məhkəmədə baxılan zaman Kamran Hüseynov digər audit şirkətlərində iş öyrənməsi üçün çalışmışdır. O, "xxxx" MMC-nin əməkdaşı Günel xanımdan proqram öyrənməsi üçün müraciət etmişdir. Müəssisənin binasına istənilən şəxs daxil ola bilər. Bundan əlavə o və Azər Süleymanov idarəyə dəvət olunan zaman onlar dindirilməmiş, onların izahtları alınmadan protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında vəsatət əsasında şahid qismində dindirilmiş X18 verdiyi izahatında bildirdi ki, o, iş axtaran zaman tanışı ona "xxxx" MMC-də vakansiya mövcud olduğunu bildirmişdir. Belə olduqda o, xx.xx.2024-cü il tarixdə MMC-yə müraciət edərək, keçirilmiş müsahibədə uğur qazanmışdır. Azər Süleyamanov ona səhəri gündən işə çıxmalı olduğunu bildirdikdə o, əvvəlki iş yerindən çıxmadığını bildirmişdir. Belə olduqda ona 11 sentyabr 2023-cü il tarixdə işə çıxmasını demişdir. 11 sentyabr 2023cü il tarixdə sınaq müddəti adı altında ilkin olaraq idxal meneceri vəzifəsində işə başlamış, lakin bir müddət keçdikdən sonra ofis meneceri və tərcüməçi olaraq da çalışmışdır. Onda anbara getdiyi zaman çəkdikləri fotoşəkillərdə mövcuddur. O, bütün etiketləri tərcümə etmiş, idxal olunan malların məlumatların daxil etmiş, portala yüklənən qaimə fakturaları yükləyib, müsahibə göndərmişdir. Azər Süleyamanov ona yalan vəd verərək, onu iş yerindən çıxmasına nail olaraq əmək müqaviləsi bağlamadan onu çalışdırmışdır. O, hər gün səhər saat 09:00-dan axşam 17:30-a MMC-də orada olmuşdur. O, MMC-də çalışdığı zaman şəxslərdən Mübariz Nəbiyevi, Fikrət Rəsulzadəni, Aydın Hüseynovu, Günel İbrahimova və digər şəxsləri tanımışdır. O, MMC-də işlədiyi müddətdə sonuncu ay istisna olmaqla nağd olaraq 750 manat əmək haqqı almışdır. O, əmək müqaviləsi bağlamasını tələb etdikdə Azər Süleyamanov onu inandırmışdır ki, hələki sınaq müddətindədir qısa zamanda əmək müqaviləsi bağlanacaqdır. O, tapşırıqları birbaşa Azər Süleyamanovdan alaraq yerinə yetirmişdir. Azər Süleyamanovla aramızda iş tapşırıqları ilə bağlı yazışmalar mövcuddur. O, həmin MMC-də işlədiyi zaman kənar şəxslərin də əmək müqaviləsi olmadan orada çalışdıqlarını sübuta yetirə bilməz. 09 yanvar 2024-cü il tarixdə MMC-nin baş mühasibləri ona "xxxx" MMC-yə bir daha gəlməməsini bildirmişdir. Məhkəmə iclasında vəsatət əsasında şahid qismində dindirilmiş X29 verdiyi izahatında bildirdi ki, o, "xxxx" MMC-nin logistika müdürü vəzifəsində çalışır. O, X12 MMCdə bir-iki dəfə Günel İbrahimovanın yanında görmüş, Günel İbrahimovadan onun tanışı olduğunu X4 proqramını öyrənmək məqsədi ilə gəldiyini öyrənmişdir. O, Kamran Hüseynovu MMC-də davamlı olaraq görməmişdir. MMC-yə gələn şəxslərin hansı səbəbdən gəlməsinin müəyyən edilməsi onun vəzifəsində aid deyildir, lakin Kamran Hüseynovu özümün də, Günel xanımla əlaqəli olaraq çalışdığı üçün tanımışdır. Həmin proqramın öyrənilməsi davamlı olaraq gəlinməlidir. Məhkəmə iclasında vəsatət əsasında şahid qismində dindirilmiş X22 verdiyi izahatında bildirdi ki, o, "xxxx" MMC-nin satış üzrə menecer vəzifəsində çalışır. O, X12 MMC-də bir-iki dəfə görmüş və onun hansı səbəbə gəldiyi ilə maraqlandıqda sonuncunun Günel xanımın tanışı olduğu X4 proqramının öyrənilməsi üçün gəldiyi bildirilmişdir. O, MMC-yə iş öyrənməsi üçün başqa kənar şəxslərin əvvəllər gəldiyini görməmişdir. O, hər zaman şirkətdə olmur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin nümayəndəsi Tamerlan Məlikli izahatında göstərdi ki, X11 əmək müqaviləsindən kənar işlədilməsi iş materialları və iş kollektivi ilə çəkilmiş fotoşəkillə tam sübuta yetirilir. Odur ki, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 tərəfindən inzibati təneh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən həmin şəxs X18 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir; Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-247/2024 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X8 ünvanlamış olduğu məktuba əsasən X18 onların müəssisədə işləməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X15 əmək müqaviləsi bağlanılmadan X12 əməyə cəlb etməsi və bununla da İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadəsi, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, şikayət təmin edilməyərək, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X17 ilə X18 arasında əmək müqaviləsi bağlanmadan o, işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən işə götürənlə işçi arasında bağlanan əmək müqaviləsi tərəflərin münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini özündə əks etdirir, əmək müqaviləsi yazılı formada bağlanmalı və əmək müqaviləsinin bağlanılması ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən Əmək müqaviləsi (kontraktı)- işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; X17 məhkəmə iclasında vermiş olduğu izahatında Kamran Hüseynovu tanışları vasitəsi ilə tanıdığını və bir neçə dəfə iş öyrənmək məqsədi ilə müəssisəyə gəlmiş olduğunu, lakin işçi olaraq işləmədiyini bildirsə də şahidlər X28 İbrahimovanın tanışı olaraq MMC-yə gəldiyini bildirmişdirlər. X21 rəhbərlik etdiyi MMC-də təcrübə keçməsi və ya iş öyrənmək məqsədi ilə Kamran Hüseynovun gəlməsinə dair hər hansı yazılı sənəd (müraciət) təqdim edə bilməmişdir. Məhkəmə X10 şikayət ərizəsində və məhkəmə iclasında göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir. X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini istisna edən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsas ən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə X20 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş olduğundan şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X17 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar