Məhkəmə qərarları › İş №3(012)-337/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-337/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-337/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva NüşabəƏləddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin polis sahə rəisi X1, Barəsindəinzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə rayonu, Bəcirəvan Ərazi dairəsi, Bəcirəvan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsiiləinzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuşinzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəməiclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuşinzibati xəta haqqında 16.02.2021-ci il tarixli MN № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdəgöstərilmişdir ki, Şəxs 16.02.2021ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park ünvanında ucadan telelfonla küçə söyüşləri söymüşdür. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin polis sahə rəisi X2 bildirdi ki, Şəxs 16.02.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park ünvanında telefonıa danışan zaman ucadan küçə söyüşləri işlətmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsiilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, 16.02.2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park ünvanında telefonda qarşı tərəf onunla kobud danışdığı üçün əsəbiləşib uca səslə söyüş söymüş, bu zaman ona polis əməkdaşları ona yaxınlaşaraq ona ictimai yerdə söyüş söyməməyi bildirdi. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə halların baş verməsinə yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materillarında olan 16.02.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16.02.2021-ci il tarixdə saat 19:20 radələrində inzibati qaydada tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə, ictimai qaydanı pozan, lakin fizikişəxslər üzərində zor tətbiq olunmasıilə və ya belə zorun tətbiq edilməsi hədəsiilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsiilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuşinzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeniinzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görəinzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəniinzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Yuxarıdagöstərilənlərəəsasən vəAzərbaycanRespublikasınınİnzibatiXətalarMəcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-cimaddələrinirəhbərtutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsiilə təqsirli bilinsin vəona 50 (əlli) manat məbləğindəinzibaticərimə növündəinzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə zalında dərhal həbsdən azad olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinəhəvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar