Məhkəmə qərarları › İş №3(012)-3390/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3390/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3390/2025 11.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İsgəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Şükürov Nicat Rufulla oğlunun katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkarın nümayəndəsi və vəkili: X8 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Göyçay rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli. Göyçay rayonu, Alpout ərazi dairəsi, Alpout kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 tərəfindən tərtib edilmiş 10 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 yanvar 2022ci il tarixli, 2(010)-218/2022 saylı icra vərəqəsinə əsasən iddia təmin edilmiş, iddiaçı X10 ilə Şəxs arasında 07 aprel 2015-ci il ildə 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 801 saylı nikah akt qeydi pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X6 iddiaçı X4 himayəsində saxlanılmış, cavabdeh ilə Şəxs xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün 21 sentyabr 2021-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 09 iyun 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra tələbkar ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 8(010)-443/2025 saylı icra vərəqəsinə əsasən ərizə qismən təmin edilmiş, 06 avqust 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.01,2022-ci il tarixli, 2(010)-218/2022 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra sənədi ilə bağlı 31 iyul 2025-ci i il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edildiyi üçün barəsində olan icra sənədinin ərazi aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi müəyyən edilmişdir. Daha sonra borcludan icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməsi tələb olunsa da lakin o, sözügedən icra vərəqəsi ilə bağlı heç bir icra hərəkəti aparmamış, əksinə borcu ödəməkdən yayınmış, bu səbəbdən barəsində 16 sentyabr 2025-ci il tarxdə axtarış haqqında qərar qəbul edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs tərəfindən hazırki icra vərəqəsi üzrə bugünədək 3500 manat ödəniş edilsə də hazırda sonuncunun ödənilməmiş 17956 manat ödənilməmiş aliment borcu mövcuddur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir, lakin borcunu ödəməməyinin səbəbini tələbkarla ayrıldıqdan sonra bir müddət birlikdə eyni evdə yaşamaları və münasibətlərinin normal olması ilə əlaqələndirir. Bundan başqa uzun müddət işləmədiyi üçün öhdəliyindəki icra sənədinin icrasından yayınmışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili Rafiq Alışpv borclu tərəfindən aliment borcunun tam ödənilməsini əks halda barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. X12 hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(010)- 218/2022 saylı icra vərəqəsinə əsasən iddia təmin edilmiş, iddiaçı X10 ilə Şəxs arasında 07 aprel 2015-ci il ildə 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 801 saylı nikah akt qeydi pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X6 iddiaçı X4 himayəsində saxlanılmış, cavabdeh ilə Şəxs xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün 21 sentyabr 2021-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir;

2. Göyçay rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 09 iyun 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 8(010)- 443/2025 saylı icra vərəqəsinə əsasən ərizə qismən təmin edilmiş, 06 avqust 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.01,2022-ci il tarixli, 2(010)-218/2022 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir;

4. Göyçay rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra sənədi ilə bağlı 31 iyul 2025-ci i il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

5. Borclu icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasından yayındığı üçün barəsində 16 sentyabr 2025-ci il tarxdə axtarış haqqında qərar qəbul edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmədə inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, xeyli miqdarda borcunun olmasını tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, ona həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X7 müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 11 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X7 müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar