Məhkəmə qərarları › İş №3(012)-3393/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3393/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3393/2025 05.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası BDYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 30990835 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 EQ 30990835 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaşayış binaları üzrə layihələndirmə normalarına görə protokol yazılan ərazinin səki hesab edilməməsini nəzərə alaraq, Azərbaycan Respublikası BDYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30990835 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun barəsində xx.xx.2025-ci il tarixli müvafiq olaraq EQ 30990835 saylı inzibati xəta protokolu tərtib edilmişdir. Sözügedən protokolu qanunsuz hesab edir. Belə ki, protokol tərtib edilən ərazi (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 250) yaşadıqları binanın (Narın MTK) həyətyanı sahəsidir. Bura binanın orada yerləşən ictimai iaşə obyektlərinin həyətyanı sahəsi hesab olunur. 4 il müddətinə sözügedən ərazidə öz nəqliyyat vasitəsini park edir və heç bir zaman bu hərəkəti inzibati xəta hesab edilməmiş, xəbərdarlıq qismində isə heç bir yol nişanı və yaxud ayrıca sədlər qoyulmamışdır. Bu səbəbdən haqqında xx.xx.2025-ci il tarixli protokol tərtib edildikdən sonra o BDYP-nə müvafiq olaraq 30 sentyabr 2025-ci il tarixdə həmin protokolun silinməsi üçün elektron müraciət ünvanlamışdır. Həmin müraciətə cavab olaraq BDYP-nin 14 noyabr 2025-ci il tarixli cavab məktubu göndərilmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta hadisəsi yoxdur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası BDYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 30990835 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2025-ci il tarixdə, saat 17:21-də idarə etdiyi Hyundai Tucson minik markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 250 ünvanında nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346.9-cu maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası BDYP tərəfindən qəbul edilmiş qərarda X2 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X4 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir Beləliklə, məhkəmə hesab edir ki, X2 xx.xx.2025-ci il tarixli, EQ 30990835 saylı qərarından şikayəti əsassız olduğundan təmin edilməməli, X4 barəsində Azərbaycan Respublikası BDYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30990835 saylı saylı inzibati tənbeh vermə haqqında qərar qanuni olduğundan, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 xx.xx.2025-ci il tarixli, EQ 30990835 saylı inzibati qərardan şikayəti əsassız olduğundan rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası BDYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30990835 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar