Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-34/2025 23.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclasının katibi X1 ilə, Şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X7 qərardan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* saylı "İnzibati tənbeh vermə haqqında" qərarının ləğv edilməsi və inzibati cərimənin silinməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Mərkəzi Bankın EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh ermə haqqında iş üzrə qərarına əsasən, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xətanın bilavəsitə obyekti olmuş 53108.75 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10%-i miqdarında, yəni 5,310.88 ABŞ dolları məbləğində cərimə tənbeh növü barəmdə tətbiq edilmişdir. Hesab edir ki, bu cərimə qanunsuz və əsassızdır. Məhkəmə nəzarəti qaydasında ləğv edilməlidir. Belə ki, o, Kapital Bank ASC vasitəsilə ödəniş tapşırığı əsasında ÇXR-a mal almaq üçün 149.000 ABŞ dolları pul göndərmişdir. Əvəzində Bakı Baş Gömrük İdarəsinin gömrük bəyannaməsi əsasında ölkəyə həmin dəyərdə mal gətirmiş,lakin YGB yazarkən malın pulu SW2020531MM nömrəli müqaviləyə əsasən əvvəlcədən ödənildiyi halda bəyanamədə rəsmiləşdirmə zamanı texniki səhv olaraq **********011 və **********66 nömrəli SGB-lərin üzərində SW20220506MM nömrəli müqavilənin nömrəsi qeyd olunmuşdur, anlaşılmazlıq səbəbindən Mərkəzi Bank həmin məbləğin 10 %-ni, yəni 5,310.88 ABŞ dolları ona cərimə kimi hesablanmışdır. Odur ki, yuxanda qeyd etdiyi kimi texniki səhv nəticəsində yaranmış cərimənin silinməsi ilə bağlı məhkəmə bu işə baxmalı və qərarı ləğv etməlidir. Qeyd olunanlara əsasən qərarın ləğv edilməsini və və inzibati cərimənin silinməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X4 şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EP ******* saylı qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən X7 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, X7 149000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş və 2 il müddət keçsə də, 53108.75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarılmamışdır. Xəta xx.xx.2024-cü il tarixində törədilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən X5 ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, onun barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar icra edilməsi üçün göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı Baş Gömrük İdarəsinə və X5 ünvanlanmış ərizədən görünür ki, Çin Xalq Respublikasından göndərilmiş, YGB yazılarkən malın pulu SW2020531MM nömrəli müqaviləyə əsasən əvvəlcədən tam ödənildiyi halda bəyannamədə rəsmiləşdirmə zamanı texniki səhv olaraq **********8011 və **********8566 №-li YGBlərin üzərində SW20220506MM nömrəli müqavilənin nömrəsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 məhkəmənin elektron sisteminə ərizə ilə müraciət edərək bildirmişdir ki, icraatınızda olan X7 barəsində tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında qərar üzrə baxılan 3(012)-34/2025 saylı inzibati işdə X7 tərəfindən təqdim olunmuş **********8566 sorğu nömrəli X8 baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin YGB-nin hazırki köçürmə ilə heç bir əlaqəsi yoxdur. Belə ki, YGB-nin 44-cü qrafasındakı məlumatlarla köçürmə sənədlərini eyniləşdirmək mümkün deyildir, yəni YGB-nin 4011-ci qrafasında qeyd olunan müqavilə SW20220506MM nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədir, lakin ödənişin təyinatında SW20220531MM nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədir. Bundan əlavə **********8011 sorğu nömrəli nömrəli X8 baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 35987.57 ABŞ dolları icraatda olan işə Kapital Bank ASC tərəfindən xx.xx.2024-cü il tarixində bağlanmışdır. Hal-hazırda icraata olan iş üzrə bəyan olunmayan məbləğ 17121.18 ABŞ dolları təşkil edir. Qərarın dəyişdirilməsi, bəyan olunmayan 17121.18 ABŞ dolları hissəyə münasibətdə tənbeh qərarının çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Hesab edirəm ki, X7 tərəfindən təqdim olunmuş **********8566 sorğu nömrəli X8 baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin YGB-nin hazırki köçürmə ilə heç bir əlaqəsi yoxdur. Belə ki, YGB-nin 44-cü qrafasındakı məlumatlarla köçürmə sənədlərini eyniləşdirmək mümkün deyildir, yəni YGB-nin 4011-ci qrafasında qeyd olunan müqavilə SW20220506MM nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədir, lakin ödənişin təyinatında SW20220531MM nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədir. Bundan əlavə **********8011 sorğu nömrəli nömrəli X8 baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 35987.57 ABŞ dolları icraatda olan işə Kapital Bank ASC tərəfindən xx.xx.2024-cü il tarixində bağlanmışdır. Hal-hazırda icraata olan iş üzrə bəyan olunmayan məbləğ 17121.18 ABŞ dolları təşkil edir. Buradan da göründüyü kimi X7 tərəfindən xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə 35987.57 ABŞ dolları xx.xx.2024-cü il tarixində bağlanmış, hal-hazırda icraata olan iş üzrə bəyan olunmayan məbləğ 17121.18 ABŞ dolları təşkil edir. Odur ki, X7 tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə bəyan olunmayan məbləğ 17121.18 ABŞ dolları təşkil edir. Odur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ M: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata yenidən araşdırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilsin. Qərarın icrası Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-34/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-34/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver