Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-342/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X2 iştirakı ilə X3 barəsində tərtib olunmuş Sumqayıt şəhər DYPS yol patrul inspektoru X6 tərəfindən tərtib edilmiş TP ******* saylı, 06.01.2021-ci il tarixli qərarından onun tərəfindən verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Sumqayıt şəhər DYPS yol patrul inspektoru X6 tərəfindən tərtib edilmiş TP ******* saylı, 06.01.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırdı ki, o, "xxxx" MMC ölkə əhalisini qida məhsulları ilə təmin edən milli ət məhsulları istehsalı müəssisəsində sürücü vəzifəsində çalışır, AR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdir. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilmişdir, həmin qərarda göstərilmişdir ki müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda, qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işə götürən tərəfindən elektron imzadan istifadə edilməklə “icazə e-gov.az“ portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər, MMC-lə arasında olan əmək müqaviləsi əsasında işəgötürən tərəfindən ölkədə Covid-19 pandemiyası ilə mübarizənin təmin edilməsi istiqamətində infeksiyanın geniş yayılmasının qarşısının alınması üçün tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq ölkə ərazisində hərəkətə məhdudiyyətin qoyulması müddəti ərzində onun adına “icazə.e-gov.az saytında icazə portalını yerləşdirilmişdir. Həmin icazə portalında icazənin başlanma tarixi 06.01.2021-ci il , bitmə tarixi isə 18.01.2021-ci il tarixləri kimi qeyd edilmişdir. Buna baxmayaraq Sumqayıt Şəhər DYPŞ Polis əməkdaşı tərəfindən 06.01.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib etmişdir. Həmin protokola əsasən, AR İXM-nin 211.1 -ci maddəsində nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin pozulması halına yol verərək inzibati xəta törətmiş, bu protokol əsasında TP saylı, 06.01.2021-ci il tarixli inizbati tənbeh vermə haqqında qərar qəbul edərək 200 manat məbləğində cərimə olunmuş, halbuki o, məcəllədə qeyd olunan qaydalarını pozacaq heç bir qeyri-qanuni hərəkət etməmiş, əslində o, heç bir inzibati xəta törətməmiş, belə ki, ölkədə yaranmış pandemiya ilə əlaqədar olaraq qanunverciliyə uyğun olaraq fəaliyyət göstərməyimlə bağlı bütün sənədləri qaydasında olmuşdur. AR DİN Sumqayıt Şəhər DYPŞ-nin əməkdaşı MMC-nin mühasibatlığı ilə əlaqə saxlamığıma belə imkan vermədən dərhal protokol tərtib etmişdir. Protokol əsasında qəbul edilən qərardan ona dəbbə pulu ilə bağlı sms gəldiyində məlumatım olmuşdur. . Sözü gedən qərar ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminə təsadüf etdiyinə görə 14.02.2021-ci il tarixdə rəsmi şəkildə əldə etmiş, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Buna görə də Sumqayıt şəhər DYPS yol patrul inspektoru X6 tərəfindən tərtib edilmiş TP ******* saylı, 06.01.2021-ci il tarixli qərar ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron RPİ-nin YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqəd YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Sumqayıt şəhər DYPS yol patrul inspektoru X6 tərəfindən tərtib edilmiş TP ******* saylı, 06.01.2021-ci il tarixli qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 200 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X5 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X2 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş mobil telefondan çıxarışdan görünür ki, X3 respublika ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar Xüsusi Karantin 9108 SMS icazə sisteminə 06.01.2021-ci il tarixdən 18.01.2021-ci il tarixədək işə gəlib getmək icazə verilşədə TP ******* saylı, 06.01.2021-ci il tarixli inzibati xəta haqqında qərar tərtib olunmuşdur. Məhkəmə belə hesab edir ki, X3 faktiki yaşayış yerini tərk edərkən 8103 icazə sisteminin tələblərinə riayət etdiyi üçün Sumqayıt şəhər DYPS yol patrul inspektoru X6 tərəfindən tərtib edilmiş TP ******* saylı, 06.01.2021-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair Sumqayıt şəhər DYPS yol patrul inspektoru X6 tərəfindən tərtib edilmiş TP ******* saylı, 06.01.2021-ci il tarixli qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-342/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-342/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver