Məhkəmə qərarları › İş №3(012)-342/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-342/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-342/2023 15.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, Abşeron ray, Qobu qəsəbəsi, Natavan küç, 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1180/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2001-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 X1 xeyrinə 103 manat sabit pul miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 bildirdi ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1180/2014 saylı, xx.xx.2014cü il tarixli icra sənədi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs məxsus “AZSAMAND” minik markalı, 99 HR205 dövlət qeydiyyat nişanlı minik avtomobil aşkar olunmuşdur. Abşeron rayon Məhkəməsinin 8(012)-91/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin avtomobil üzərinə həbs qoyulmuş və axtarışa verilmişdirir. Borclu “AZSAMAND” minik markalı, 99 HR205 dövlət qeydiyyat nişanlı minik avtomobili həyətində saxladığını bildirmişdir. Şəxs hal hazırda 3390 (üç min üç yüz doxsan) manat borcu vardır. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hal-hazırda rəsmi olaraq aylıq gəlirinin az olmasını və hal-hazırda maddi imkanının zəif olması səbəbindən icra sənədi üzrə borcunu ödəyə bilmədiyini göstərdi. İcra məmuru tərəfindən onun mülkiyyətində olan “AZSAMAND” minik markalı, 99 HR205 dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Həmin avtomobilin satılıb Abşeron rayon Məhkəməsinin 2(008)-1180/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə yaranmış aliment borcun ödənilməsinə etirazı yoxdur. Sonda o, etdiyi əməldən səmimi peşman olmasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X14 hüquqlarını müdafiə etdiyi şəxsin maddi imkanının zəif olmasını və onun əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs birgə nikahdan olan uşaqları X3 ehtiyacları ilə maraqlanmır və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 1180/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədini icra etməkdən qərəzli olaraq yayınır. O, yaranmış aliment borcunun tam ödənilməsini tələb edir. Sonda o, yuxarıda göstərilənlərə əsaslanaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbslə bağlı inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1180/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2001-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 X1 xeyrinə 103 manat sabit pul miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 8(012)-91/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(012)-1180/2014 saylı, xx.xx.2014-ce il tarixli icra sənədinin icrasını təmin etmək üçün borclu Şəxs məxsus “AZSAMAND” minik markalı, 99 HR205 dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək araşdırma zamanı belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, nəticədə onun tələbkara 3390 (üç min üç yüz doxsan) manat məbləğində pul vəsaiti borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmuruna verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2022-ci il, saat 17:30-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar