Məhkəmə qərarları › İş №3(012)-342/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-342/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-342/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, maşın ustası, Bərdə şəhəri, Təbriz küçəsi, ev 46-da qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1693/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 140 (yüz qırx) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs Xaliq qızına verilməsi, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi, Ağdam rayon Məhkəməsinin 2(013)- 1607/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs icra sənədində qeyd olunan əmlakların, əmlaklar olmadıqda isə onların dəyərinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra şöbəsinin icra məmuru X3 bildirdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1693/2021 saylı, xx.xx.2021-ci il tarixli və Ağdam rayon Məhkəməsinin 2(013)-1607/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcluya bildirişlər göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Şəxs hal-hazırda Bərdə rayon Məhkəməsinin 2(021)-1693/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2200 manat borcu vardır ki, həmin məbləğdən 500 manat ödənildikdən sonra 1700 manat borcu qalmışdır. Ağdam rayon Məhkəməsinin 2(013)-1607/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə əmlakların dəyəri olan 6620 manat qaytarılmamışdır. Borclu Şəxs icra sənədlərini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, işsiz olduğundan borcu ödəyə bilməmişdir. Hal-hazırda aliment borcundan 500 manat ödəmişdir. Borcu ödəməkdən yayınmır, lakin maddi durumu aşağıdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tələbkar məhkəmə iclasınını yeri və vaxtı haqqında qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin ödəniş etməyə cəhd etdiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 2(021)-1693/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı Şəxs və cavabdeh Zərərçəkmiş şəxs Xaliq qızı arasında xx.xx.2012-ci il tarixdə 475 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 cavabdeh Zərərçəkmiş şəxs Xaliq qızının himayəsində və yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Şəxs hər ay 140 (yüz qırx) manat məbləğində aliment tutularaq cavabdeh Zərərçəkmiş şəxs Xaliq qızına verilməsi, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, cavabdeh Zərərçəkmiş şəxs Xaliq qızından 20 manat dövlət rüsumu alınaraq iddiaçı Şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağdam rayon Məhkəməsinin 2(013)-1607/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı əmlak tələbinə dair iddiası təmin olunmuş, cavabdeh Şəxs iddiada qeyd olunan əmlakların, əmlaklar olmadıqda isə onların dəyərinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərarın surətindən görünür ki, Ağdam rayon Məhkəməsinin 2(013)- 1607/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bərdə rayon Məhkəməsinin 2(021)-1693/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-1693/2021 saylı, xx.xx.2021-ci il tarixli və Ağdam rayon Məhkəməsinin 2(013)-1607/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcluya bildirişlər göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Şəxs hal-hazırda Bərdə rayon Məhkəməsinin 2(021)-1693/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2200 manat borcu vardır ki, həmin məbləğdən 500 manat ödənildikdən sonra 1700 manat borcu qalmışdır. Ağdam rayon Məhkəməsinin 2(013)-1607/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə əmlakların dəyəri olan 6620 manat qaytarılmamışdır. Borclu Şəxs icra sənədlərini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək araşdırma zamanı belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, nəticədə onun tələbkara Bərdə rayon Məhkəməsinin 2(021)-1693/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 1700 manat məbləğində alimenti borcu yaranmış, Ağdam rayon Məhkəməsinin 2(013)-1607/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 6620 manat qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmurunun, zərərçəkmiş şəxsin izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar