Məhkəmə qərarları › İş №3(012)-3449/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-3449/2025

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-3449/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30199694 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30199694 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X2 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən barəsində İXM-nin tələbləri pozulmaqla həmin Məcəllənin 330.0.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixində EQ30199694 nömrəli qanunsuz inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ30199694 nömrəli qanunsuz inzibati tənbeh vermə haqqında elektron qərardan Abşeron rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla həmin Məcəllənin 330.0.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ30199694 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. xx.xx.2025-ci il tarixində mailto:vekil.faigkazimov@gmail.comElektron ünvan e-mail ünvanına daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-52/2-K-217428/2025 nömrəli (həmin cavab məktubu qərardan məhkəməyə verdiyim şikayətimə əlavə edilmişdir) cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-K-217428 saylı məktubu ilə daxil olmuş müraciətinizə Nizami RPİ DYPŞ-də baxılmışdır. xx.xx.2025-ci il tarixdə EQ30199694 saylı inzibati xəta haqqında elektron qərarda yol hərəkət qayda pozuntusuna yol verilməsi öz təsdiqini tapmış, inzibati xəta haqqında protokolun normativ hüquqi aktların tələbinə uyğun tərtib edilməsi müəyyən edilmişdir. Qeyd edilən inzibati protokol üzrə qəbul edimiş qərardan narazı olduğunuz halda, Sizin məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, qeyd etmək istəyitəm ki, barəsində məhkəməyə şikayət etdiyim EQ30199694 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətə dair rəsmi cavab məktubu mənə rəsmi qaydada elektron e-mail (mailto:vekil.faigkazimov@gmail.comElektron ünvan ) ünvanıma xx.xx.2025-ci il tarixində daxil olmuşdur. Beləlliklə, bildirirəm ki, xx.xx.2025-ci il tarixli, EQ30199694 nömrəli qanunsuz elektron qərardan məhkəməyə şikayət verilməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş şikayət vermə müddəti tərəfindən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinin tələbini rəhbər tutaraq, barəsində Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ30199694 nömrəli qərardan məhkəməyə şikayət verilmə müddətinin bərpa edilməsi (müddətin ötürülməmiş hesab edilməsi) barədə müvafiq qərardad qəbul etməklə, xx.xx.2025-ci il tarixli, EQ30199694 nömrəli elektron qərardan verdiyim şikayətə mahiyyəti üzrə baxılaraq sözügedən inzibati tənbeh tətbiq etmək haqqında qərar ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 ərizəni müdafiə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 30199694 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. X2 iş materiallarına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30199694 saylı inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmiş, qərardan şikayət vermə müddətinin ötürülməməsinə dair sübutları əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30199694 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilmədiyindən X2 tərəfindən verilmiş vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30199694 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar