Məhkəmə qərarları › İş №3(012)-345/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-345/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-345/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, olan, evli, ünvan 1i ünvanında qeydiyyatda olan, Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1 maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən -daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 20 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokollarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 döymüş, Zərərçəkmiş şəxs1 hasarını sökərək ona 600 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi X11 bildirdi ki, xx.xx.2023-cü i tarixdə Şəxs aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 döymüş, Zərərçəkmiş şəxs1 hasarını sökərək ona 600 manat maddi ziyan vurmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “döymə və fiziki ağrı yetirmə” növündə və maddi ziyan vurma inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə 6 ildir ki, Hökməli qəsəbəsində yaşayır. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olarkən məhlədə səs-küy eşitmiş, həmin vaxt qapının qarşısına çıxdıqda qonşuların bir-biri ilə mübahisə etdiyini görmüş, onları sakitləşdirmək üçün yanlarına getdikdə, həmin şəxslər onun üzərinə hücum çəkərək ünvanına nalayiqa söyüşlər işlətmiş, onu ölümlə hədələmişlər. Bu vaxt o yaşadığı ünvana geri qayıtmışdır. Bir gün sonra evdə olmadığı vaxtda 4 nəfər onun evinə gələrək, ailə üzvlərinə onu öldürməklə hədə-qorxu gəlmişlər. O, 102 xidmətinə zəng edərək hadisə haqqında məlumat vermişdir. Hazırda onlar barışmışlar, birbirindən şikayətləri və tələbləri yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə qonşusu Şəxs ilə aralarında olan mübahisə zamanı onu döymüşdür. Hazırda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Odur ki, barışmaqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qızı izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə evin arxasında səs-küy eşidərək anası və xalası ilə birlikdə çölə çıxmış və bu zaman qonşuları Həmdulla və Fəridin onların evinin divarını dağıtdığını görmüşdür. Bundan sonra aralarında mübahisə və dava-dalaş yaranmış Şəxs onu, xalası Sevinci, anası Zərifəni döymüşdür. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmadığını və onunla barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə qonşusu Şəxs ilə aralarında olan mübahisə zamanı onu döymüşdür. Hazırda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, barışmaqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: 2585 №-li məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X6 burun, sağ bayır topuq nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqlar, sağ said və sağ sağrı nahiyəsinin qançırları ilə müşayiət olunan bədən xəsarəti almışdır. 2574 №-li məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 alın çənə, hər iki baldır nahiyələrinin sıyrıqlar, boyun, sol bazu, sağ sağrı, sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan bədən xəsarəti almışdır. 2575 №-li məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ süd vəzinin, sağ said nahiyəsinin qançırları, sol bazu və bel nahiyələrinin qançırları ilə müşayiət olunan bədən xəsarəti almışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X2, X3, X1 müraciət etməsi faktı əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin fakta görə cinayət işi başlanması rədd edilmiş, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti ərazinin sahə inspektoruna həvalə olunmuşdur. Bundan sonra Şəxs barəsində 20 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Beləliklə, işin təsvir edilmiş hallarından göründüyü kimi, Şəxs xx.xx.2023-cü i tarixdə Şəxs aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 döymüş, Zərərçəkmiş şəxs1 hasarını sökərək ona 600 manat maddi ziyan vurmuşdur. Şəxs bu əməli işin materialları ilə tam sübut olunur. Onun əməli İXM-nin 157-ci və 232-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxslərin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi X7 ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-2-ci maddələrində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslərlə barışığın əldə olunması və vurulmuş ziyanın tamamilə ödənilməsi iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə təqsirli bilinsin, iş üzrə icraata zərərçəkmiş şəxslərlə barışması və dəymiş ziyanı ödəməsi ıq əsası ilə iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar