Məhkəmə qərarları › İş №3(012)-346/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-346/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-346/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1i ünvanında qeydiyyatda olan, Abşeron rayonu Hökməli qəsəbəsi, Koroğlu Rəhimov 288a ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 02 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında baş vermiş mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi X7 bildirdi ki, zərərçəkmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixdə aralarında baş vermiş mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “döymə və fiziki ağrı yetirmə” növündə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə evin arxasında səs-küy eşidərək çölə çıxmış və bu zaman qonşuları Həmdulla və Fəridin onun evinin divarını dağıtdığını görmüşdür. Bundan sonra aqralarında mübahisə və dava-dalaş yaranmış Fərid Həsənov onu, bacısı Zərifəni, bacısı qızı Natəvanı döymüşdür. Nəticədə aralarıda qarşlıqlı dava-dalaş baş vermişdir. Sonda o, hal –hazırda barışdıqlarını, ziyan tələbi olmadıqlarını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında yoldaşı usta gətirərək, qonşunun tikdiyi tikintinin qarşısında hasar tikmişdir. Həmin gün gecə saatlarında işdən qayıdarkən həmin qonşuların onun hasarını uçurduğunu görüb, əsəbləşərək lom götürüb qonşunun hasarını sökməyə başlamışlar. Bu zaman 4 nəfər qadın çölə çıxaraq onlara hücum çəkmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə təxmini 30 dəqiqə baş vermişdir. Sonda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmadığını və onunla barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkənlə barışması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: 2582 №-li məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın alın nahiyəsinin üzün sağ yanaq nahiyəsinin, sol said nahiyəsinin, sol əlin İ barmağının və sağ əli V barmağının arxa səthlərinin sıyrıqları, sol bazu oynağı nahiyəsinin oynağı nahiyəsinin qançırı ilə müşayiət olunan bədən xəsarətləri almışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi evdə yaşayan X1, Şəxs, X2, X4, Zərərçəkmiş şəxs müraciət etməsi faktı əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin fakta görə cinayət işi başlanması rədd edilmiş, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti ərazinin sahə inspektoruna həvalə olunmuşdur. Bundan sonra Şəxs barəsində 20 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur. Beləliklə, işin təsvir edilmiş hallarından göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında baş vermiş mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Onun əməli İXMnin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxslərin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi X3 ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslə barışığın əldə olunması iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, iş üzrə icraata zərərçəkmiş şəxslə barışması əsası ilə iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar