Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-347/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi. İbrahimov Bəhram İqrar oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs: X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bərdə rayonunun, Yuxarı İmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonunun, Yuxarı İmirli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis mayoru İbrahim Qədirov izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında baş vermiş mübahisə zamanı qonşusu X3 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, aralarında mübahisəyə səbəb Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən həyatyanı sahədə tikinti aparmaqları olmuşdur. Onunla və digər qonşular arasında münaqişə yaranmış və münaqişə zamanı hər biri qarşılıqlı olaraq bir-birlərinin bədən nahiyələrinə müxtəlif növ sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişlər. O, hazırda zərər çəkmiş şəxs X6 ilə barışmışdır. Barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərifə İbrahimova məhkəmə iclasında çıxış edərək. bildirdi ki, onunla bacısı Şəxs arasında qonşuluq münasibətləri vardır. Aralarında olan münaqişənin səbəbi həyatyanı sahədə tikilmiş yarımtikili ilə bağlı olmuşdur. Belə ki, baş vermiş mübahisədə bacısı Sevinc ona xəsarət yetirmiş, o, isə qarşılıqlı olaraq özünümüdafiə etmək üçün sonuncuya xəsarət yetirmişdir. Hazırda Şəxs qarşı heç bir şikayətinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X12 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs ilə zərərçəkmiş şəxs Zərifə İbrahimova arasında barışıq əldə edildiyindən, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 2582 saylı ekspert rəyindən görünür ki, 1.vətəndaş Şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər –başın alın nahiyəsinin, üzün yanaq nahiyəsinin, sol said nahiyəsinin, sol əlinin İ barmağının və sağ əlin V barmağının arxa səthinin sıyrıqları, sol bazu oynağı nahiyəsinin qançırı küt əşyaların təsirindən müayinədən 1-2 gün əvvəl törənmişdirlər,yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və ayrı-ayrılıqda hər biri sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir; 2.vətəndaş Şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsvir hissəsində göstərilən şəraitdə, yəni başqa şəxslər tərəfindən əllə vurulan zərbələrin nəticəsində əl barmağının və barmaqların dırnaqlarının təsirindən meydana gələ bilərdi; 22 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X4 tərəfindən X10 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X7, Zərərçəkmiş şəxs, X16, Ramilə adlı şəxs Şəxs, X6 və X11 hər birinin barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin X21 göndərilmiş, vətəndaş Şəxs məxsus evin hamam otağının divarını dağıtmış X7, X16 və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin X21 göndərilmişdir; Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis mayoru X2 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır; Zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu. ona əlavə olunmuş sənədləri araşdırıb, barışıq ərizəsinin zərərçəkmiş şəxsin şəxsən özü tərəfindən təqdim olunmasına əmin olub hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Aparılmış məhkəmə araşdırması zamanı Şəxs tərəfindən X3 döymə hərəkəti ilə qəsdən fiziki ağrı yetirməsi iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla, ekspertin vermiş olduğu rəylə və digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilsə də, tərəflər arasında barışıq əldə olunması hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün əsasdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-347/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-347/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver