Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-348/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN NBPİ-nin DYNPİ-nin Sabunçu st. XƏTT PŞ-nin İTQ-nin baş inspektoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN NBPİ-nin DYNPİ-nin Sabunçu st. XƏTT PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Məhkəməyə daxil olmuş MN1462647 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 2022-ci ilin avqust ayında Şəxs şikayətçi X2 icarəyə götürdüyü torpaq sahəsində əkdiyi çoxsaylı, hündürlüyü təxminən 1,5 metr,ümumi dəyəri 250 manat olan zeytun, evkalipt, yerli palma ağaclarını kökündən çıxarıb yararsız hala salmış, bununla əlaqədar xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində aralarında yaranış münaqişə ilə əlaqədar Astanov X4 rayonu, 1 nömrəli Zeytunçuluq sovxozu ərazisində X2 “Samsung-A71” markalı mobil telefonunu sındıraraq yararsız hala salmış və sonuncuya 215 (iki yüz on beş) manat məbləğində maddi ziyan vurmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş şəxs barəsində inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN NBPİ-nin DYNPİ-nin Sabunçu st. XƏTT PŞ-nin İTQ-nun baş inspektoru X3 məhkəmədə verdiyi izahatında göstərdi ki, 2022-ci ilin avqust ayında Şəxs şikayətçi X2 icarəyə götürdüyü torpaq sahəsində əkdiyi çoxsaylı, hündürlüyü təxminən 1,5 metr,ümumi dəyəri 250 manat olan zeytun, evkalipt, yerli palma ağaclarını kökündən çıxarıb yararsız hala salmış, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Abşeron rayonu, 1 nömrəli Zeytunçuluq sovxozu ərazisində vətəndaş X2 “Samsung-A71” markalı mobil telefonunu sındıraraq yararsız hala salmış və sonuncuya 215 (iki yüz on beş) manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası DİN NBPİ-nin DYNPİ-nin Sabunçu st. XƏTT PŞ-nin İTQ-nun müstəntiqi Aydın Musayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Azərbaycan Respublikası DİN NBPİ-nin DYNPİ-nin Sabunçu st. XƏTT PŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında özünü təqsirli bilməyərək göstərdi ki, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən Abşeron rayon icra Hakimiyyətinin kənd təsərrüfatı təyinatı ilə ayırdığı 0.15 ha torpaq sahəsini Elşad Şərifovla eyni vaxtda qardaşı Təhməz xx.xx.2022-ci il tarixdə satın almışdır. Qardaşına aid olan sahədə avtoyuyucu işlətmək üçün aparat qoyub bir maşının 50 qəpiyə yuyulması işi ilə məşğul olur. Elşad Şərifov həmin torpaq sahəsinin qarşı tərəfindən onlardan yol istədikdə onlar etiraz etməyib ona 5 metr enində yol vermişlər. Bir müddət sonra 2022-ci ilin iyul ayında həmin yolun dəmir yolu tərəfini hasara alıb özününküləşdirmək istədikdə onlar buna etiraz etmişlər və bundan sonra aralarında mübahisələr başlamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə görmüşdür ki, Elşad Şərifov qeyd olunan ərazidə çəpər çəkmək üçün dəmir torbalar yerə bastırmış, o, həmin vaxt ona yaxınlaşıb “dəmir yolu işçiləri sizə deməyib ki, bu ərazini çəpərə almaq olmaz” deyə bildirmiş, lakin onun bu sözlərinə Elşad məhəl qoymamış və onun ünvanına nəlayiq ifadələrdə işlətdiyi üçün o, bundan əsəbləşərək orada bastırılmış turbalardan təxminən 2-3 ədədini yerindən çıxartmış və başqa heç nəyə heç bir ziyan vurmamışdır. Həmin vaxt qardaşı oğlu Vüsalda orada olmuş ancaq onların söhbətlərinə heç bir müdaxilə etməmişdir. Sonda o, hadisənin məhz bu cür cərəyan etdiyini və başqa heç nəyi sındırmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən Abşeron rayon icra Hakimiyyətinin kənd təsərrüfatı təyinatı ilə ayırdığı 0.25 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə bir nəfər fiziki şəxsdən alqı-satqı ilə satın almış, həmin sahənin qabaq hissəsində bağ salmaqdan ötrü xx.xx.2022-ci il tarixdə Azərbaycan Dəmir Yolları QSC-nin mülkiyyətində olan Yeni- Suraxanı-Hövsan dəmir yolu mənzilinin 6 km-də yerləşən 0.17 ha torpaq sahəsini müqavilə əsasında icarəyə götürmüş, sözügedən həmin 0.17 ha torpaq sahəsini rəsmi müqavilə ilə icarəyə götürməzdən əvvəl 2022-ci ilin avqust ayında orada fəhlələlərə ağac əkdirdiyi üçün qonşuluqda obyektləri olan Astanəliyev Təhməz, qardaşı Şəxs və Təhməzin oğlu Vüsal həmin torpağa iddia edərək orada ağac əkilməsinə etiraz edib işçiləri və onu ölümlə hədələmişlər. Həmin torpaq sahəsində əkdiyi çoxsaylı, hündürlüyü təxminən 1.5 metr olan Zeytun, Evkalipt, Yerli Palma ağaclarını kökündən çıxarıb yararsız vəziyyətə salmışlar. Bundan sonra o, təkrar həmin sahədə cari ilin avqust ayında ağac əkdirmək istəyərkən Astanəliyev Təvəkkül və Təhməzin oğlu Vüsal buna yenidən qarşı çıxdıqda aralarında yenidən söz vasitəsilə mübahisə yaranmış, həmin mübahisədə özünə məxsus olan «Samsung A71» markalı telefonla video görüntüyə almaq istədikdə Təvəkkül onun əlindən vurub telefonunu yerə salmış, sonra isə əlində olan taxta parçası ilə yerdə olan telefonunu sındırıb yararsız vəziyyətə salmışdır. Bundan başqa xx.xx.2022-ci tarixdə saat təxminən 15:00 radələrində özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə Aazərbaycan Respublikası DİN- nin 102 xidməti zəng mərkəzinə zəng edərək X8 və Şəxs "xxxx" QSCdən rəsmi olaraq 11 ay müddətinə icarəyə götürdüyü Suraxanı rayon Hövsan-Suraxanı dəmir yolu ərazisində yerləşən bağ-bostan saldığı yerə gələrək həmin əraziyə tərəfindən çəkilmiş setka çəpəri sökülməsinə görə şikayətini bildirmişdir. Sonda o, hadisə nəticəsində ona maddi ziyan dəydiyini əsas gətirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxs X2 qeyr-qanuni hərəkətlərinin qarşısını aldığını əsas gətirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 31 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 15 dekabr 2022-ci il tarixli 9/8072 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən ağacların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 250,00 manat müəyyən olunur. O cümlədən 1 ədəd 1,5 m hündürlüyündə olan evkalipt ağacı 50,00 manat, 1 ədəd 1,5 m hündürlüyündə olan zeytun ağacı 50,00 manat, 1 ədəd 1,5 m hündürlüyündə olan yerli palma ağacı 150,00 manat, müəyyən edilmişdir. 31 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.2 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN NBPİ-nin DYNPİ-nin Sabunçu st. XƏTT PŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb və diskə baxış keçirərək belə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmçinin bu Məcəllənin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İş materillarından görünür ki, Şəxs zərərçəkmiş şəxs X6 məxsus “Samsung-A71” markalı mobil telefonunu sındırmaqla və sonuncu tərəfindən əkilmiş ağacları kökündən çıxardaraq yararsız vəziyyətə salmış, nəticədə zərərçəkmiş şəxs X6 465 (dörd yüz altmış beş) manat məbləğində maddi ziyan vurmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbiri tətbiq edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 465 (dörd yüz altmış beş) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə zərərçəkmiş şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-348/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-348/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver