Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-348/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin Qobu PB-in sahə rəisi, X10, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, 2008-cü il təvəllüdlü X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X16 `qızının iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157, 232-1ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İXM-nin 157, 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin Qobu PB-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə, Abşeron rayonu Hökməli qəsəbəsində tikinti aparmaqları üstündə qonşuları ilə aralarında yaranmış mübahisə zamanı əl zərbələri ilə qonşusu Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və 2008-cü İİ təvəllüdlü X5 vuraraq, onlara fiziki ağrı yetirmiş, həmçinin xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 evinin hamam otağını lom ilə dağıdaraq, zərərçəkmiş şəxs 600 manat məbləğdə maddi ziyan vurmuşdur. Bununla da, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157, 232-2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. X4 tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin Qobu PB-in sahə rəisi, X14 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 Abşeron rayon polis idarəsinin Qobu PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı qonuşusu X4 tərəfindən döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 Abşeron rayon polis idarəsinin Qobu PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə qonşusu X4 tərəfindən evinin hamam otağını lom ilə dağıdaraq ona ziyan vurduğunu bildirmişdir. Şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, X4 tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən X2 əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qobu PB-nə göndərilmişdir. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157, 232-1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X4 izahatında göstərmişdir ki, adını bilmədiyi qonşularının onun evini qarşısında tikinti işləri apardığı üçün onlar həmin şəxslərə öz iradlarını bildirmişlər. Lakin həmin şəxslər onlara qulaq asmamış və onlar aidiyyəti qurumlara müraciət etmişlər. Cavab gəlmədiyi üçün həyat yoldaşı usta tapıb, həmin şəxslərin tikdirdiyi tikintinin qarşısında 2 metr uzunluqda 15 daş hündürlükdə daş hasar inşa etdirmişdir. Bundan sonra onlar gecə işdən yaşadıqları ünvana gəldikdə inşa etdirdikləri hasarın uçurulduğunu aşkar etmişlər. Bu səbəbdən əsəbiləşdiklərək lom götürərək, həmin şəxslərin inşa etdikləri tikintini dağıtmağa başlamışlar. Bundan sonra tanımadığı 4 nəfər şəxsin oraya gəlmiş və qarşılıqlı olaraq həmin şəxslərlə dalaşmşdır. Hazırda zərərçəkmiş şəxslər ilə barışmışdır, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, bacısı Sevincin kirayələrdə yaşayır. Bu səbəbdən öz həyatyanı sahəsindən bacısına torpaq vermiş və bacısı həmin torpaqda 1 otaq balaca hamam və tulaet tikdirmişdir. Küçəyə qapı açmış, həmin müddətdə onlar Ramilədən halallıq almışlar. Lakin sonradan Ramiləni kiminsə qızışdıqdırmış və onlar evdə olmadığı müddətdə Ramilə qonşusu onun həyat yoldaşı Həmdulla onların çöl qapısının 50 sm likdə hasar inşa etmişlər. Bundan sonra həmin hasarı Fərid adlı qonşusu sökmüşdür. xx.xx.2023-cü il tarixdə gecə saatlarında evin arxasında səs-küy gəlmış, çölə çıxdıqda evin arxasında qonşusu Həmdulla əlində lom ilə Fərid isə əlində bel ilə evinin divarnı dağıtdıqlarını görmüşlər. Bundan sonra aralarında münaqişə olmuş və münaqişə zamanı bacısı, qızı Səkinə, bacısıqızı Natavan qonşuluqda yaşayan Şəbinə tərəfindən döyülmüşdür. X1 ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, uzun illərdir ki, kirayələrdə yaşayır, bacısı ona öz həyatyanı torpaq sahəsindən torpaq vermiş və özünə 1 otaq balaca hamam tualet tikdirmişdir. Küçəyə qapı açan zaman həmin müddətdə onlar Ramilədən halallıq almışlar. Lakin sonradan Ramiləni kimsə qızışdırmış və onlar evdə olmadığı müddətdə Ramilə onun həyat yoldaşı Həmdulla onların çöl qapısının 50 sm likdə hasar inşa etmişlər. Bundan sonra həmin hasarı Fərid adlı qonşusu sökmüş və onların üzərlərini atmışdır. xx.xx.2023-cü tarixdə gecə saatlarında evin arxasında səs-küy gəldiyini və çölə çıxdıqda evin arxasında qonşusu Həmdulla əlində lom ilə Fərid isə əlində bel İlə evinin divarı dağıtdıqlarını görmüşdür. Bundan sonra aralarında münaqişə olmuş və münaqişə zamanı bacısı, qızı Səkinə, bacısı qızı Natəvanı qonşuluqda yaşayan Şəbinə qonşu döymüşdür. X1 ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayuəndə Zərərçəkmiş şəxs2 iştirakı ilə zərərçəkmiş şəxs 2008-cü il təvəllüdlü X7 zərərçəkmiş şəxslərin izahatına oxşar izahat verərək, X4 ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 hüquqlarını müdafiə etdiyi şəxsin tərəflərin barışmasını nəzərə alaraq, başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə X2 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində sağlamlığa zərər vurmayan xəsarət almış zərərçəkmiş şəxslərə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin Qobu PB-nə göndərilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2574 nömrəli rəyindən görünür ki, 1982-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinə zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- alın çənə, hər iki baldır nayihəyərinin sıynqları, boyun, sol bazu, sağ sağrı, sol bud nahiyələrinin qançıları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hlsəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl, ayaq və s) təsirindən əmələ gələ bilməsi mümkündür, həm ümumilikdə və həmdə ayrı-ayrılıqda saölamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən rəy verilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2575 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinə zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- sağ süd vəzinin, sağ said nahiyəsinin qançırları, sol bazu və bel nahiyələrinin sıynqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən tarixdə yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin( el,ayaq və s) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə həmdə ayrı- ayrılıqda sağlamlığı zərər vurmayan xəsarələr olduğu üçün dərəcələri təyin edilməyən rəy verilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2585 nömrəli rəyindən görünür ki, 2008-cü İİ təvəllüdlü X3 məhkəmə-tibbi müayinə zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- burun, sağ bayır topuq nahiyələrinin, sol əlin arxa səthinin aıynqları, sağ said və sağ sağrı nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin (əl, ayaq və s) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə həmdə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən rəy vermilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, 2008-cü il təvəllüdlü X7 tərəfindən məhkəmədə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, X4 ilə barışmış və ona qarşı heç bir şikayətlər və tələbləri yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən məhkəmədə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, 2008-cü il təvəllüdlü X7 ilə barışmış və onlara dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki X4 Azərbaycan Respublikası İXM-nin 157, 232-1-ci maddələr ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157, 232-1-ci maddələri ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxslərlə barışması səbəbindən X2 barəsində başlanmış İXM-in 157, 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.9 və 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, bu Məcəllənin bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 157, 232-1-ci maddələrində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı zərərçəkmiş şəxslərlə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə zərərçəkmiş şəxslərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 ilə barışmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157, 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-348/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-348/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver