Məhkəmə qərarları › İş №3(012)-349/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-349/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-349/2023 25.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Abşeron rayon Polis İdarəsi tərəfindən tərəfindən tərtib olunmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİM: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə MN1570481 saylı, xx.xx.2023-cü il tarixli, MN1570480 saylı, xx.xx.2023-cü il tarixli, MN1570398 saylı, xx.xx.2023-cü il tarixli, MN1570396 saylı, xx.xx.2023-cü il tarixli, MN1570488 saylı, xx.xx.2023-cü il tarixli, MN15701458 saylı, xx.xx.2023-cü il tarixli, MN15701457 saylı, xx.xx.2023-cü il tarixli, MN15701469 saylı, xx.xx.2023-cü il tarixli, MN15701471 saylı, xx.xx.2023-cü il tarixli, MN1570470 saylı, xx.xx.2023-cü il tarixli, MN1106820 saylı, xx.xx.2023-cü il tarixli, MN1106821 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin 16.02.202-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 25 (iyirmi beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Abşeron rayon Məhkəməsinin 16.02.202-cü il tarixli qərarından Zərərçəkmiş şəxs4 tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 16.02.202-cü il tarixli qərarı və inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmişdir. 1570481 saylı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023 tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollarda inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti tam, aydın şəkildə göstərilməmişdir. 1570397 saylı, xx.xx.2023-cü il tarixli protokolda isə zərərçəkmiş şəxsin adı göstərilməmiş, inzibati xətanın mahiyyəti “mənə məxsus evdən elektrik sayğacını yerində götürülüb oğurlanmşdır” kimi qeyd edilərək, oğurlanan əşyanın kimə məxsus olması belə qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən protokolda onun tərtib edildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati materialdan isə görünür ki, inzibati araşdırma haqqında polis orqanı tərəfindən, zərərçəkmiş şəxslərə məlumat verilməmiş, onlara hüquq və vəzifələri izah edilməmiş və protokolun surəti təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 62-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və sairə hüquqları vardır. Eyni zamanda həmin Məcəllənin 62.3-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Abşeron rayon Polis İdarəsi tərəfindən tərəfindən tərtib olunmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Abşeron rayon Polis İdarəsi tərəfindən tərəfindən tərtib olunmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar