Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-35/2021 25.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, X2 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin ******* saylı, 21 10.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə xx.xx.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ağsu rayonu, Cavanşir küçəsi, ev 12-də yaşayan X2 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin ******* saylı, 21 10.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Hesab edirəm ki, hazırkı vəziyyətdə şikayətin qəbul edilməsi istisna edilir. Ona görə də şikayət geri qaytarılmalıdır. X3 şikayəti yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin ******* saylı, 21 10.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-35/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-35/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver