Məhkəmə qərarları › İş №3(012)-35/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-35/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-35/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 və Abşeron DYP Yol patrul xidməti inspektoru polis serjantı X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polis kapitanı X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 barəsində Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polis kapitanı X7 tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi və inzibati xətaya dair işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, protokol qeyri-qanuni və əsassız yazılmışdır. Azərbaycan Respublikası DİN-nin Abşeron DYP-nin polis kapitanı X7 tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, TP6136404 saylı Qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331.1 və 327.1-ci maddələri ilə tənbeh tətbiq edilərək 400 manat məbləğində cərimə edilmişdir. Sözü gedən qərar ciddi şəkildə yol verilmiş qanun pozuntuları və uyğunsuzluqlarla qəbul edilmiş, inzibati xətanın baş verməsinə dair heç bir sübut olmadığına görə Qərar ləğv edilməlidir. Protokolda qeyd edilən guya tərəfindən yol verilmiş pozuntu həqiqətə uyğun deyil, sadəcə Polis İdarəsinin əməkdaşının subyektiv təxəyyülünün məhsuludur. Belə ki, şəxsin sükan arxasında alkoqollu içkidən istifadə edərək əyləşməsi və avtomobil idarə etməsi xüsusi vasitələr və cihazlarla ölçülür. Eyni zamanda zərurət olarsa həkim müayinəsi nəticəsinə uyğun qərar verilir. Lakin, polis əməkdaşı bunların heç birini etmədən, qərəzli şəkildə onu cərimələmişdir. İnzibati Xətalar Məcəlləsinin tələbinə görə şəxs yalnız bir xətaya görə tənbeh edilə bilər. Lakin polis əməkdaşı mənin İXM-nin 331.1 və 327.1-ci maddələri ilə qanunsuz tənbeh edilməyinə dair qərar qəbul etmişdir. Məhkəmə iclasında şikayət verən Nicat Rəfiyev şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron DYP Yol patrul xidməti inspektoru polis serjantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən Qobu qəsəbəsində “Mersedes-Benz E220” markalı XS100RV dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hərəkətini etdiyini görərək yaxınlaşıb vətəndaşla söhbət apararkən həmin vətəndaşın sərxoş olduğunu müəyyən edib haqqında inzibatı protokol tərtib edimişdir. O, təqdim etdiyi video- görüntü ilə şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan və xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından müəyyən edilir ki, o, “Mersedes-Benz E220” markalı, XS100RV dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat məbləğində cərimə ödənilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, X6 tibbi müayinədən keçmiş, alkotest 0,4047 litr qeydə almış və o, sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X3 Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polis kapitanı X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarların ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası DİN Abşeron DYPİnin polis kapitanı X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xətaya dair işin icraatına xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polis kapitanı X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar