Məhkəmə qərarları › İş №3(012)-3514/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3514/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3514/2025 30.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X1 xidmətinin 02 saylı Abşeron – X4 nümayəndələri X3 və Nümayəndə, barəsində inzibati xəta haqqında inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, sürücü işləyən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Cavanşir Qəhrəmanov küçəsi ev 4 qeydiyyatda olan və yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X1 xidmətinin 02 saylı Abşeron – Xızı Regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən qeyri-yaşayış obyektində xx.xx.2025-ci il tarixində Su təchizat şəbəkəsinə qanunsuz qoşulmaqla, yəni su sayğacı quraşdırılmadan suyun talanması nəticəsində az miqdarda ziyan vurulması aşkar olunmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 2024-cü ilin avqust ayında həmin ərazidə yerləşən qeyri-yaşayış obyektini icarəyə götürərək 2025-ci ilin yanvar ayına kimi kafe kimi fəaliyyət göstərmiş, 2025-ci ilin yanvar ayında da obyekti sahibinə təhvil vermişdir. Bununla bağlı obyektin sahibi ilə hər hansı icarə müqaviləsi bağlanmamışdır. Obyektin sahibi başqa şəxsdir. Ona məxsus şəxsiyyət vəsiqəsinin surəti obyektdə qaldırğında, onun sənədini monitorinq keçirilən zaman oradan götürüb təqdim etmişlər. Həmin obyektin ona aidiyyəti yoxdur. Bu səbəbdən də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X1 xidmətinin 02 saylı Abşeron – X4 nümayəndəsi Nümayəndə bildirdi ki, monitorinq keçirilən zaman həmin ünvanda yerləşən obyektin kimə məxsus olması barədə soruşulmuş və obyektən Şəxs məxsus olması və ona məxsus şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X1 xidmətinin 02 saylı Abşeron – X4 nümayəndəsi X5 bildirdi ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində monitorinq keçirilən zamanı Şəxs məxsus şəxsiyyət vəsiqəsi həmin vaxt onlara təqdim edilmiş və obyektin həmin şəxsə məxsus olduğunu bildirmişdir. Bununla bağlı əməkdaşlar tərəfindən akt tərtib edilmişdir. İş materiallarında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi yanında Suların İstifadəsinə və X1 xidmətinin 02 saylı Abşeron – X4 xx.xx.2025-ci il tarixli, akt № 000526-dan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin 12 və 13-cü bəndi, “Su Təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2, 37 və 38-ci maddələrinin “Sudan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 9.13-cü maddəsinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsin nümayəndələrini dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs hazırkı inzibati xətanı törətməsi məhkəmə zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar