Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-352/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, A+CO ASC-nin direktoru X1 nümayəndəsi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə ilə nümayəndəsi X3 iştirakı ilə, A+CO ASC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional şöbəsinin MN ******* saylı, 05 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : A+CO ASC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional şöbəsinin MN ******* saylı, 05 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. A+CO ASC-nin direktoru X6 şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6- cı maddəsinə uyğun olaraq barəsində tərtib olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı Qərar icra olunması üçün göndərilmişdir. Belə ki, İnzibati tənbeh vermə haqqında 05 fevral 2024-cü il tarixli MN No ******* saylı qərarda qeyd olunmuşdur ki, 22 yanvar 2024-cü il tarixli MN ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, “A+CO” ASC-nin direktoru vəzifəli şəxsi X6 tərəfindən X8 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və bu səbəbdə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyimə görə 1700 (bir min yeddi yüz manat) məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bildirmək istəyir ki , onun barəsində çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar əsassız və qanunsuzdur. Belə ki, X10 xx.xx.2022-ci il tarixində “A+CO” ASC-ə işə qəbul edilməsi barədə ərizə yazmış və eyni tarixdə “A+CO” ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin Horeka bölməsində Satış üzrə təcrübəçi vəzifəsinə təyin edilməsi barədə 379 K saylı əmr qəbul edilmişdir. Cəmiyyətlə X10 arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi və X16 haqqında müqavilə bağlanılmışdır və şəxsə vəzifə öhdəlikləri izah edilmişdir. Daha sonra, X10 tərəfindən Cəmiyyətiə satış üzrə təcrübəçi vəzifəsindən Kommersiya Departamentinin Satış Şöbəsinin Pərakəndə satış bölməsində Satış təmsilçisi vəzifəsinə keçirilməsi barəsində köməklik göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli ərizə ünvanlanmışdır və bununla əlaqədar Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli 391K saylı Əmr qəbul edilmişdir. Belə ki, satış təmsilçisi kimi işlədiyi dövrdə, dislokasiyasında uyğunsuzluqlar aşkar edilmişdir və bu uyğunsuzluqların yoxlanılması məqsədiylə xx.xx.2023-xx.xx.2023cü il tarixlərində təhvil-təslim prosesi keçirilmiş və X10 tərəfindən maddi mənimsəmə halı aşkar edilmişdir . Bununla yanaşı, 16 oktyabr 2023-cü il tarixli No 276/1K saylı “Öhdəliklərin, hesablaşmaların faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi barədə” əmr tərtib olunmuşdur, (əmrin surəti qoşma kimi əlavə olunur). 16 oktyabr 2023-cü il tarixində X8 dislokasiyasıııda olan ticarət nöqtələrindəki uyğunsuzluqlan özündə əks etdirən təqdimatlar tərtib olunmuşdur.(həmin təqdimatların surətləri qoşma kimi əlavə olunur) Lakin, şəxs proseslərdə iştirak etməkdən, təhvil-təslim zamanı yaranmış uyğunsuzluqlar barədə izahat yazmaqdan imtina etmişdir.(bu barədə müvafiq aktlann surəti qoşma kimi əlavə olunur). Belə ki, Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixində X9 məktub ünvanlanmış və həmin məktublarda bildirilmişdir ki, tərəfindən məktub ünvanına çatdığı tarixdən 3(üç) iş günü müddətində işə gəlməməyə və təhvil-təslim prosesinin araşdırılmasında iştirakdan yayınmağa davam edildiyi təqdirdə “A+CO” ASC-ə vurduğu maddi ziyana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin “c” bəndinə istinadən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) bəndində qeyd edilən əsaslarla işdən azad olunacaq və vurduğu maddi ziyana görə məhkəməyə müraciət ediləcəkdir, (məktubun surəti qoşma kimi əlavə olunur). 31 oktyabr 2023-cü il tarixində 289/2K “Öhdəliklərin, hesablaşmaların faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi barədə” əmr tərtib olunmuşdur.(əmrin surəti qoşma kimi əlavə olunur).1 noyabr 2023-cü il tarixində Cəmiyyətin Risklərin İdarəolunması Şöbəsinin müdiri Əliyev Aqşin tərəfindən xidməti məruzəsində qeyd olunmuşdur ki, təqdimatlarda qeyd olunmuş məbləğlərin araşdırılması, tərəfin çağırılıb dindirilməsi və şəxsin cəmiyyətə real ziyan vurması halı təsdiqlənmişdir. Lakin tərəfindən atılan addımlara baxmayaraq, X10 işə gəlməməyə davam eləmiş və təhvil-təslim proseslərindən yayınmışdır. Bunun nəticəsində X4 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) 13 noyabr 2023-cü il tarixli No 300K saylı əmrlə işdən azad edilmişdir, (əmrin surəti qoşma kimi əlavə olunur) Yuxanda qeyd olunanlara əsaslanaraq, bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) pozulmamışdır. X5 öz fəaliyyətində qanunsuzluğa yol vermiş, şirkətə maddi ziyan vurmuş və işə qanunsuz olaraq gəlməmişdir. Bu səbəblərə görə də, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) xitam verilmişdir. Odur ki, barəsində qanuni əsaslar olmadan tətbiq olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. A+CO ASC-nin direktoru X1 nümayəndəsi Turqut Hüseynov eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə ilə nümayəndəsi X7 qərarı müdafiə edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan qərardan görünür ki, A+CO ASC-nin direktoru X6 tərəfindən X8 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərin pozularaq xitam verildiyinə görə A+CO ASC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan protokoldan görünür ki, A+CO ASC-də satış təmsilçisi vəzifəsində çalışan X8 əmək müqaviləsinə ƏM-nin 76-cı maddəsinin tələbləri gözlənilmədən xitam verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, A+CO ASC-nin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsilə nəzərdə tutulan xətanı tərətməsinə dair qərar iş materiallarında olan sübutlar düzgün qiymətləndirmədən və Azərbaycan Respublikası ƏM-nin 76-cı maddəsinin tələblərinin pozulması məhkəmədə müəyyən edilmədiyindən ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1 maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci mddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmədə müəyyən edilmişdir ki, Belə ki, MN ******* saylı qərardan görünür ki, A+CO ASC-nin direktoru X6 tərəfindən X8 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərin pozularaq xitam verildiyinə görə qərar qəbul olunmuşdur. Qərarı qəbul olunmasına əsas olan protokoldan görünür ki, A+CO ASC-nin direktoru X6 tərəfindən həmin şirkətdə təmsilçilik vəzifəsində çalışan X8 əmək müqaviləsinin 76-cı maddəsinin tələbləri gözlənilmədən xitam verilmişdir. Məhkəmədə həm də müəyyən edilmişdir ki, X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası ƏM-nin 76-cı maddəsində qeyd olunur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Halbuki, X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinin ləğv edilməsi əmr edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin tələbi pozulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, A+CO ASC-nin direktoru X1 əməlində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın təkibini yarada bilməzdi. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, A+CO ASC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional şöbəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : A+CO ASC-nin direktoru X1 şikayəti təmin edilsin. A+CO ASC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional şöbəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-352/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-352/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver