Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-3523/2025 16.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, X4 Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X4 Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X2 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Abşeron DYP tərəfindən barəmdə İXM-nin 327.6 və 327.1-ci maddələri ilə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur .Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən tarixdə “Vaz 21723” minik markalı, ** XR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o idarə etməmişdir, hadisə yerində o olmamışdır. Sadəcə həmin avtomobili idarə etmək üçün ona daha öncə etibarnamə verilmişdir, lakin o həmin avtomobili idarə etməmiş, onda olan məlumata görə həmin avtomobil Şamxal adında şəxs tərəfindən idarə olunmuşdur. Abşeron DYP tərəfindən onun iştirakı olmadan, izahatı alınmadan, heç bir məlumat verilmədən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur, bu qərar onun hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, faktlar həqiqətə uyğun olmamış, sübutlar toplanmamış, barəsində yanlış protokol tərtib olunmuş, həmçinin şahidlər nəzərə alınmamışdır və ən əsası onun bu barədə məlumatı olmamışdır. Barəsində verilən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla bağlı məlumatı, həmin qərar əsasında barəmdə xx.xx.2025-ci il tarixdə Laçın Rayon Məhkəməsində qaldırılmış məhkəmə iddiası və məhkəmə bildirişi nəticəsində iş materialları ilə tanış olarkən məlumat almişdır .Bu səbəbdən qərardan şikayət vermə müddəti ötürülmüşdür. Qanunvericiliyə əsasən, inzibati tənbeh tədbiq edilərkən, obyektiv araşdırma, sübutların tam toplanması, tərəflərin izahatlarının alınması və maddənin düzgün tədbiqi təmin edilməlidir. Lakin həmin qərar bu tələblərə cavab vermir. Hadisə baş verən vaxt o həmin ərazidə olmamışdır. Bu səbəbdən inzibati xəta tərkibi onun barəsində mövcud deyil. Qərar faktlara əsaslanmır, sübutlar tam araşdırılmayıb və protokol yanlış şəxs barəsində tərtib olunub .Hadisə anında başqa yerdə olmağını sübut edən faktlar, telefonun geolokasiya məlumatları, yol kamerası görüntüləri və s. araşdırılmalıdır. Onun şəxsiyyəti araşdırılmadan, faktlar dəqiqləşdirilmədən barəsində qanunsuz qərar çıxarılmışdır. Təqdim edəcəyi sübutlar onun həmin hadisə ilə heç bir əlaqəsi olmadığını tam şəkildə göstərir. Qərardan şikayət vermə müddətinin bərpa edilməsi, bu iş üzrə yenidən araşdırma aparılması və .Abşeron DYP-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclası müvafiq olaraq təyin edilmiş, şikayətçi və inzibati qərarı qəbul etmiş şəxs X4 Polisi İdarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında X4 Polisi İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. X2 iş materiallarına X4 Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin ötürülməməsinə dair sübutları əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar X4 Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilmədiyindən X2 tərəfindən verilmiş vəsatət təmin olunmamalı, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində X4 Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti təmin edilməsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının təmin olunmaması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-3523/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-3523/2025
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver