Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-354/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Zərərçəkmiş şəxs1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyündən daxil olmuş İXM-nin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:50 radələrində idarə etdiyi “Volvo XC90” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrliyində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Vectra” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı və X5 idarə etdiyi “Toyota Highlander” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarət yetirməklə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin İnspektoru Polis Baş X4 tərəfindən xx.xx.2023-cü il tarixli. İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə "VAZ 2104" markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən Xırdalan şəhərində vurularaq xəsarət almağı barədə məlumatı özü vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Xırdalan şəhərində İlham Cəfərov küçəsində yaşadığı evin qarşısında səhhətiylə bağlı hava alıb dayandığı vaxt anidən süd rəngli "VAZ 2104” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil “119" adlanan ərazidən gəlib onların küçəsindən, yəni İlham Cəfərov küçəsindən geri dönmə əməliyyatı edərkən ehtiyatsızlıqdan avtomaşının arxa hissəsindən onun qarın nahiyəsinə vurmuş və dərhal maşını oradan sürüb çıxıb uzaqlaşmışdır. Təxminən 50-60 metr getdikdən sonra həmin tanımadığı sürücü avtomaşını saxlamış, o gedib ona çataraq ondan nəyə görə onu vurduqdan sonra saxlamayıb sürüb getdiyini soruşmuş, həmin sürücü isə ona heçnə olmadığını deyib yenidən avtomobilini idarə edib çıxıb getmişdir. O, da telefonla DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hər hansı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, digər Zərərçəkmiş şəxs2 ünvanına bildiriş göndərilmiş, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabe olan YNHDİÜ İstintaq və Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis kapitanı Ağamir İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 06 yanvar 2024-cü il saat 10:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrliyində 1987-ci il təvəllüdlü Şəxs idarə etdiyi Volvo XC90 markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillə rayon istiqamətində soldan 1ci zolaqda saatda 60-70 km/sürətlə hərəkətdə olarkən qarşıda eyni zolaqda dayanma durma qaydasını pozaraq dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Opel Vectra markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Opel Vectra markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və sərnişinləri-Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal Z.Xəlilov küçəsi 2 nömrəli Yataqxanada yaşayan, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 və Qubadlı rayonu Xəndək kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü X3 xəsarət almış, sonra arxadan eyni istiqamətdə saatda 80 km/sürətlə hərəkətdə olan 1992-ci il təvəllüdlü X5 idarə etdliyi Toyota Highlander markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobil Volvo XC90 markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarət yetirməklə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X13 xx.xx.2024-cü il tarixdə verilmiş 81 nömrəli rəyindən görünür ki, 1964-cü il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasına, onun adına olan tibbi sənədlərdə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlirəm: 1. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - burun nahiyəsinin əzilmiş-cırılmış yarası, soldan 10-cu qabırğanın yerdəyişməyən sınığı, qarının ön divarının və sol budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 06.01,2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:50 radələrində idarə etdiyi “Volvo XC90” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci kilometrliyində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Vectra” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı və X5 idarə etdiyi “Toyota Highlander” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almış, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, özünün, zərərçəkən şəxsin izahatları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəıtanı törətməkdə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Şabran rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-354/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-354/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver