Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-355/2024 21.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-3551/2014 saylı, xx.xx.2014cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 iyul 2011-ci il tarixli qətnaməsi ilə X1 üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Şəxs 09 sentyabr 2014-cü il tarixdən başlayaraq hər ay, 18 oktyabr 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 103 manat sabit pul məbləğində alimentin və 30 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. 2019cu il tarixdə tələbkar ərizə ilə müraciət edərək, borclu ilə razılaşdığını və onun barəsində tədbir görülməməsini xahiş etmişdir. 02 fevral 2023-cü il tarixdə tələbkar yenidən ərizə ilə müraciət edərək, 1500 manat yaranmış aliment borcunun ödənilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Ərizə daxil olduqdan sonra borclu şöbəyə dəvət olunaraq, ondan izahat alınmış tələbkarın razılığı ilə 1 həftə müddətində borcun ödənilməsi üçün vaxt verilmiş və həmin müddətdə 40 manat ödəniş etmiş, daha sonra çağırışlardan gəlməkdən yayınmışdır. Görülmüş tədbirlər nəticəsində borclu icra şöbəsinə gətirilərək, 150 manat ödəmişdir. Ona dəfələrlə borcunun ödənilməsi ilə bağlı vaxt verilsədə 1 il müddətində 200 manat ödəmişdir. Barəsində aliment təyin edilmiş şəxs artıq yetkinlik yaşına çatmış olsa da borclu mövcud olan məbləği hazırki vaxta qədər ödəməmişdir. Qeyd olunan icra sənədi üzrə aliment borcu hazırda 2150 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur və onun aylıq gəliri 800-900 manat təşkil edir. Lakin himayəsində yaşlı anası olduğu üçün hazırkı vaxta qədər yaranmış aliment borcundan ödəniş edə bilməmişdir. Ona vaxt verilərsə yaranmış borcundan 300 manat ödəniş edə bilər. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3551/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 iyul 2011-ci il tarixli qətnaməsi ilə X1 üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Şəxs 09 sentyabr 2014-cü il tarixdən başlayaraq hər ay, 18 oktyabr 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 103 manat sabit pul məbləğində alimentin və 30 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Şəxs məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli akta əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3551/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3551/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamənin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs yaşadığı ünvan 2 ünvanına gedilmiş, lakin borclunun uzun zaman həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli qərara əsasən Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il tarixdə təqdim olunmuş telefonoqrama əsasən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tələbkar Zərərçəkmiş şəxs məxsus 070 536 17 13 mobil nömrə ilə əlaqə saxlamış, inzibati xəta haqqında protokolun tərtib edildiyi barədə məlumat verərək, məhkəməyə veriləcəyini bildirilmiş, həmin işə baxılmasında iştirak edilməsini təklif etmiş, lakin sonuncu işi ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini və həmin işə onun iştirakı olmadan baxılaraq yaranmış 2150 manat aliment borcunun borclu tərəflindən ödənilməyəcəyi təqdirdə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanın törədilməsi zamanı məhkəmə tərəfindən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə uzun müddət ərzində borc miqdarından ödənişlərin olmamasını, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik göstərməsini, müəyyən müddətdə icra məmurunun çağırışlarına gəlməkdən yayınmasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-355/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-355/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver