Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3550/2025 22.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 09 avqust 1988-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə rəisi,polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə rəisi,polis kapitanı Nuhbala Cavadov izahat verərək bildirdi ki, Şəxs 20 dekabr 2025-ci il tarixdə, saat 02:10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində olarkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli kimi saxlanılmış, həkim müayinəsindən keçirilərkən sidik nümunəsində (THC+) aşkar olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirdi ki, o, fərdi əmək fəaliyyəti olaraq taksi fəaliyyəti ilə məşğul olmuş, avtomobili başqa bir şəxslə ortaq istifadə etmişdir. Adətən gündüz saatlarında avtomobili o, gecə saatlarında isə digər şəxs idarə edirdi. Hadisə baş verən gün avtomobili gecə saatlarında təsadüfən o, idarə etmiş, istifadədən sonra nəqliyyat vasitəsini həmin şəxsin evinə aparıb saxladıqdan sonra geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı ondan narkotik vasitə istifadə edib-etmədiyi soruşulduqda, bir dəfə istifadə etdiyini bildirmişdir. Bundan sonra polis bölməsinə aparılmış və tibbi müayinədən keçirilmişdir. Müayinə nəticəsində qanında narkotik vasitənin izləri aşkar edilmişdir. Qeyd etmək istəyir ki, həmin narkotik vasitəni hadisədən təxminən bir ay əvvəl yalnız bir dəfə istifadə etmiş və avtomobili idarə etdiyi gün narkotik vasitənin təsiri altında olmamışdır. Baş verənlərə görə peşman olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 20 dekabr 2025-ci il tarixli A/2857 saylı protokoldan görünür ki, Şəxs alkaqol sərxoşluğu müəyyən edilməmiş, lakin sidik nümunəsindən narkotik qəbulunun faktı aşkar olunmuşdur;
2. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 22 dekabr 2025-ci il tarixli, 7911 №-li rəyində qeyd edilmişdir ki, Şəxs kannabionidlərdən istifadə etmə halları olsa da, lakin hal-hazırda sonuncu üzərində aparılmış müayinə nəticəsində narkamaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkamaniya xəstəliyindən əzab çəkmir, narkamaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.
3. “İnzibati xəta haqqında” 22 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 20 dekabr 2025-ci il tarixdə, saat 02:10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində olarkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli kimi saxlanılmış, həkim müayinəsindən keçirilərkən sidik nümunəsində (THC+) aşkar olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur.
Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs əvvəllər məsuliyyətə cəlb edilməməsini və əməlini səmimi etiraf etməklə peşman olmasını əməlində məsuliyyəti yüngülləşdirən hal olaraq nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, təqsir dərəcəsini, əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini, eləcə də tətbiq olunacaq tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin İnzibati həbs haqqında qərar dərhal icra edilsin və həbs etmənin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni, 20 dekabr 2025-ci il tarixdən, saat 13:20-dən hesablansın. Qərarın icrası “həbs tətbiq edilsin” hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası “ərazi narkoloji dispanserdə qeydiyyata alınsın” hissəsində Lənkəran rayon Mərkəzi Xəstəxanasına həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Abusət Qasımov