Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-356/2022 19.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Behbudova Aytac Aşura qızının katibliyi ilə, protokol tərtib etmiş şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinidən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsiniin baş əməliyyat müvəkkili X4 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsiniin baş əməliyyat müvəkkili X4 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində xidməti zərurətlə əlaqədar olaraq, Abşeron rayonu, H.Əliyev prospekti, 167, “AAAF PARK” Yaşayış Kompleksinin yaxınlığında olarkın 2 nəfər şəxsin uca səslə bir-birləri ilə sözlə mübahisə etdiklərini və təhqiramiz ifadələr işlətdiklərini görüb, onlara yaxınlaşdılar və xidməti vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirdilər. Onlar həmin şəxsi intizama dəvət edib, nəlayiq ifadələrinə son qoymalarını və ictimai qaydanı pozmamağı xahiş etmişlər. Onların xahiş və tələblərinə baxmayaraq, həmin şəxslər qanuni tələblərinə qəsdən tabe olmayıb, uca səslə söyüş söyməyə davam etməklə, qaçıb getməyə cəhd göstərdilər. Buna görə də barələrində Azərbaycan Respublikasının İXM-nin 510 və 535-ci maddələriylə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etdi və izahat verərək bildirdi ki, 19.02.202-ci il tarixdə saat, 11:30 radələrində Abşeron rayonu, H.Əliyev prospekti, 167, “AAAF PARK” Yaşayış Kompleksinin yaxınlığında tanıdığı Tərlan Qarayev adlı şəxslə aralarında sözlə mübahisələri yaranmışdır. Bu zaman o, əsəbi halda ictimai yerə ətrafda insanlar olduğu halda nəlayiq küçə söyüşləri işlətmişdir. Bu vaxt iki mülkü geyimdə olan şəxs onlara yaxınlaşaraq, polis əməkdaşları olduqlarını sakit danışmağı və nəalyiq ifadələri ictimadi yerdə işlətməməyi bildirsələrdə, o, ona məhəl qoymadı və həmin küçə söyüşlərini söyməyə davam etdi. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etsələr də, onlara tabesizlik göstərmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin onların əlindən dartınıb çıxmaq istəsə də, bu zaman ictimai qayda pozulmuşdur. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan MN ******* nömrəli protokoldan və raportdan görünür ki, Şəxs sərxoş vəziyyətdə xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, H.Əliyev prospekti, 167, “AAAF PARK” Yaşayış Kompleksinin yaxınlığında nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozmuş, həmin yerdə xidmət aparan polis əməkdaşlarının onu intizama dəvət etməsinə qanuni tələblərinə məhəl qoymayaraq, hərəkətlərini qərəzli şəkildə davam etdirmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:45 dəqiqədə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs inzibati xətanı törədərkən sərxoş olmasını məhkəmə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 01 (ay) müddətinə inzibati həbs olunsun. İnzibati həbs etmənin əvvəli 19 fevral 2021-ci il tarixdən, saat 16:45-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-356/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-356/2022
19.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver