Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3565/2025 23.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin Şəxs: icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qazax rayonunun Aslanbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 23 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(060)-5679/2023 saylı icra vərəqəsinə əsasən 26 aprel 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 220 manat sabit pul məblğində aliment və uşaq üç yaşına çatanadək hər ay 50 manat yardım qismində aliment məbləğinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, alimentin tutulmasının 22 avqust 2023-cü il tarixdən hesablanması məyyən edilmişdir. İcra sənədi üzrə Qazax rayon İcra və Probasiya Şöbəsi tərəfindən 01 noyabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Daha sonra həmin icra sənədi üzrə borclunun Abşeron rayonunda yaşaması müəyyən edildiyi üçün 02 iyul 2025-ci il tarixli qərarla icra sənədinin aidiyyəti üzrə icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi müəyyən edilmişdir. Bundan başqa dəfələrlə borclu xəbərdar edilmiş, bildiriş təqdim edilmiş izahatı alınmışdır. Daha sonra icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 28 noyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Şəxs icra sənədi üzrə öhdəliyini vaxtında icra etməmiş, nəticədə 2290 manat aliment borcu yaranmışdır. Qeyd edilənlərin nəzərə alınmasını və protokolun təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək bildirmişdir ki, onun barəsində olan aliment öhdəliyinə əsasən aylıq 270 (iki yüz yetmiş) manat məbləğində aliment ödənişlərini uzun müddət ərzində vaxtında və mütəmadi olaraq həyata keçirmiş, lakin son 6–7 ay ərzində şəkər xəstəliyinin ağırlaşması səbəbindən komaya düşmüş və uzun müddət xəstəxanada müalicə almışdır. Onun həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmaq və gəlir əldə etmək imkanı olmadığından aliment ödənişlərini vaxtında həyata keçirə bilməmişdir. O, öhdəliyində olan alimenti icra etməməsinin səbəbini qəsdən deyil yalnız ağır sağlamlıq vəziyyəti ilə əlaqədar olmasını bildirmiş və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs dedikləri ilə razı deyildir. Belə ki, o, özü də şəkər xəstəliyindən əziyyət çəksə də, azyaşlı uşağımın baxımı və saxlanılmasını təkbaşına yerinə yetririr. Borclu uşağın saxlanılması, gündəlik ehtiyaclarının qarşılanması və baxımı ilə bağlı heç bir maddi və ya mənəvi köməklik göstərmir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində olan icra vərəqi üzrə borcun tam ödənilməsini, əks halda barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Sumqayıt şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(060)-5679/2023 saylı icra vərəqəsinə əsasən 26 aprel 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 220 manat sabit pul məblğində aliment və uşaq üç yaşına çatanadək hər ay 50 manat yardım qismində aliment məbləğinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, alimentin tutulmasının 22 avqust 2023-cü il tarixdən hesablanması məyyən edilmişdir;
2. Sumqayıt şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(060)-5679/2023 saylı icra sənədi üzrə Qazax rayon İcra və Probasiya Şöbəsi tərəfindən 01 noyabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Sumqayıt şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(060)-5679/2023 saylı icra sənədi üzrə borclunun Abşeron rayonunda yaşaması müəyyən edildiyi üçün 02 iyul 2025-ci il tarixli qərarla icra sənədinin aidiyyəti üzrə icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi müəyyən edilmişdir;
4. Sumqayıt şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(060)-5679/2023 saylı icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 28 noyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmədə inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını, icra orqanının təqdimatını, borclu və tələbkarın izahatlarını və toplanmış sübutları araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində aliment öhdəliyinin icra edilməməsinə görə inzibati məsuliyyətin tətbiqi üçün qanuni əsaslar mövcuddur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş aylıq aliment öhdəliyinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, lakin sonuncu tərəfindən həmin öhdəlik qərəzli olaraq yerinə yetirilməmiş, müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməyərək, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment öhdəliyi uşağın mənafeyinə xidmət edən əsas öhdəliklərdən biri olduğundan və bu öhdəliyin yerinə yetirilməməsi ilə bağlı üzrlü səbəblər öz təsdiqini tapmadığından, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəuyğun hesab edilmədiyi üçün sonuncuya həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 23 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov