Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-3570/2025 25.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu, X1 Abşeron rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş 16 dekabr 2025-ci il tarixli qərarın ləğv edilməsinə dair verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X3 barəsində Abşeron rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş 16 dekabr 2025-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər forma və məzmununa görə məhkəmənin icraatına qəbul edilmədən X2 qaytarılmalıdır. Belə ki, iş materialında olan şikayət ərizəsinə nəzər yetirərkən məlum olur ki, X3 tərəfindən mübahisələndirilən inzibati qərarın xahiş etdi hissəsində 26 dekabr 2025-ci il tarixli qərarın ləğv edilməsi nəzərdə tutulsa da, lakin iş materiallarına əlavə olunmuş qərarın qəbul edilmə tarixi 16 dekabr 2025-ci il tarix göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 130-cu maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, iş üzrə təqdim edilmiş sənədlər mübahisələndirilən inzibati qərarın hansı qərar olduğunu dəqiq müəyyən etməyə imkan vermədiyindən həmin qərarın ləğvi barədə tələb əsaslı hesab edilmədiyindən şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə, ona əlavə olunmuş sənədlərlə birlikdə sonuncuya qaytarılmalı və qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş 16 dekabr 2025ci il tarixli qərarın ləğv edilməsinə dair verilmiş şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ X2 izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-3570/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-3570/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver