Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-36/2024 02.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, X1nun iştirakları ilə, X10 Polisi mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X10 Polisi mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində işə gedərkən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xidmətdə olan Azərbaycan Respublikası Yol Polis İdarəsinin 636 nömrəli Yol Patrul Xidməti tərəfindən mən saxlanılmışdır. Həmin yol patrul xidmətinin avtomobilini idarə edən Rövşən və Yunis adında inspektorlar onun içkili olduğunu bildirərək, alkotestr vasitəsi ilə onu müayinə etməyi təklif etdilər, o da razılaşdı və heç bir qüsuru olmamağına baxmayaraq onu qanunsuz olaraq süründürməçiliyə məruz qoyduqlarına görə məcbur olub onların tərtib etdikləri protokolun ləğv edilməsindən ötrü məhkəməyə müraciət etmişdir. O, bununla razılaşaraq onlarda olan alkotestirlə müayinədən keçdikdən sonra, həmin an içkili olduğunu bildirmişlər. O, da onlara içkili olmadığını bildirdi və həmin işçilərdən tibbi müayinədən keçməyi tələb etdi. Onun ciddi tələbindən sonra nəhayət ki, həmin Yol Patrul Xidməti əməkdaşları tibbi müayinədən keçməyinə razılaşdılar və tibbi müayinə müəssisəsinin qarşısına gələrkən haqsız olduqlarını düşünərək onu şöbəyə gətirdilər və avtomaşınımı cərimə meydançasına yerləşdirərkən dayanacağa baxan məsul şəxsdən avtomobili qeydiyyata salmamağı xahiş etdilər. Bundan sonra müxtəlif zaman kəsiyində ona heç bir nə rəsmi nə də şifahi məlumat verilmədiyi üçün o, haqqını tələb etməkdən ötrü X6 qarşı tam qanunsuz hərəkət edən əməkdaşı ilə telefonla əlaqə saxladıqdan sonra ona aidiyyatı instansiyalara şikayət edəcəyini bildirməklə xx.xx.2023-cü il tarixində telefonuna onun Azərbaycan Respublikası İnzibati Xətalar maddəsinin 333.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə sms gəlmiş və həmin sms-də onun 400 manat məbləğində cərimə olduğu bildirilmişdirlər. Bu səbəbdən də heç bir əsası olmadan tərtib edilmiş X7 Qərar ləğv edilməlidir Məhkəmə iclasında iştirak edən X1 şikayətlə eyni məzmunlu izahat verməklə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən və ilkin məhkəmədə iştirak edən X5 şikayətin təmin edilməsini xahiş etdi və bildirdi ki, protokol tərtib olunarkən o, həkimə getmək istəsə də polis əməkdaşları onu müayinə üçün həkimə aparmamışlar, o, içki işməmişdir, ona görə də xahiş edir ki, iş üzrə icraata xitam verilsin. İş materiallarında olan X10 Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı X7 qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, toplanmış iş materiallarında X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi göstərilsə də, X2 əməlində həmin Məcəllənin 333.1-ci maddələrində nəzərdə tutulan xətanın tərkib əlamətlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsindən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyasından görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sərxoşluğun müəyyən edilməsi barədə alkotester və videogörüntü məhkəməyə təqdim edilmədiyindən inzibati xəta törədən şəxsin təqsirli olmasına dair şübhə mövcuddur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Sözügedən X7 iş üzrə isə X2 əməlində həmin maddənin dispozisiyasında göstərilən pozuntunun olmasını müəyyən etmək mümkün deyildir. Belə ki, barəsində protokol tərtib edilən şəxsin tibbi müayinədən imtina etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.Bu da bir daha sübut edir ki, DYP tərəfindən iş üzrə tam, hərtərəfli və dəqiq araşdırma aparılmadan şəxsin məsuliyyətə cəlb edilməsi üçün müvafiq iş materialları toplanmaqla barəsində inzibati icraat aparılaraq düzgün qərar qəbul edilməmişdir. Ona görə də, məhkəmə X2 əməlində qeyd olunan inzibati xəta tərkibinin olmaması səbəbi ilə verilmiş şikayətin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində X7 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X7 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X7 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X7 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X7 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində X7 iş üzrə icraat aparılan şəxsin iştirakı ilə X7 protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş X7 protokolun surəti barəsində X7 iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Məhkəmədə X2 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması barədə şübhələr olduğuna görə məhkəmə belə nəticəyə gəlir ki, barəsində tərtib edilmiş protokol əsasında mütəxəssis rəyi olmadan onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X7 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması X7 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 53.1.2-ci inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron rayon Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis mayoru X4 xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İXM-in 333.1 və 327.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron rayon Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis mayoru X4 xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-36/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-36/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver