Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3633/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448, 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448, 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən 29 oktyabr 2025-ci il tarixli, 00100-03212/25 (EP № 0254815) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İran İslam Respublikasından fiziki şəxs X3 tərəfindən bəyan edilmiş mallara dair texniki göstəricilərin müəyyən edilməsi məqsədi ilə X4 İdarəsinə müraciət etmiş və XM**********19 nömrəli rəyə əsasən qeyd olunan invoysun tam mal mövqeyi üzrə idxal olunan “Tərkibində yod olmayan kristalik, dənəvər, səpələnən halda, kimyəvi və mineraloji tərkibinə əssən natrium xloridin təmizlik dərəcəsi 99.5 faiz olan toksiki elemetlərin və gigər metalların miqdarına əsasən gidaya yararlı duz” yükünün Azərbaycan Respublikası Prezidentinin 242 İİQ nömrəli xx.xx.2001-ci il tarixli “Yod çatışmamazlıqları Xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə düzgün yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığı və Azərbaycan Respublikasında satışının qadağan olunduğu müəyyən edilmişdir. Gömrük idarəsinin əməkdaşları tərəfindən Məhəmmədli qəsəbəsində yerləşən anbara baxış keçirilərkən çəkisi 24040 kq olan yodlaşdırılmış duzun 10040 kq-dan gömrük orqanının icazəsi olmadan istifadə edilmiş, yerdə qalan 14000 kq yodlaşdırılmamış duz yükü isə açıq şəkildə anbarda saxlanılmışdır. 10040 kq-dan gömrük orqanının icazəsi olmadan istifadə edilmiş duzun dəyəri 2150.57 AZN, yerdə qalan 14000 kq yodlaşdırılmamış duz yükünün dəyəri isə 2998.80 AZN olaraq müəyyən edilmişdir. Bununla da X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448, 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xatanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış X2 və Azərbaycan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmişlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 29 oktyabr 2025-ci il tarixli, 00100-03212/25 (EP № 0254815) protokoluna əsasən İran İslam Respublikasından fiziki şəxs X3 tərəfindən bəyan edilmiş mallara dair texniki göstəricilərin müəyyən edilməsi məqsədi ilə X4 İdarəsinə müraciət etmiş və XM**********19 nömrəli rəyə əsasən qeyd olunan invoysun tam mal mövqeyi üzrə idxal olunan “Tərkibində yod olmayan kristalik, dənəvər, səpələnən halda, kimyəvi və mineraloji tərkibinə əssən natrium xloridin təmizlik dərəcəsi 99.5 faiz olan toksiki elemetlərin və gigər metalların miqdarına əsasən gidaya yararlı duz” yükünün Azərbaycan Respublikası Prezidentinin 242 İİQ nömrəli xx.xx.2001-ci il tarixli “Yod çatışmamazlıqları Xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə düzgün yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığı və Azərbaycan Respublikasında satışının qadağan olunduğu müəyyən edilmişdir. Gömrük idarəsinin əməkdaşları tərəfindən Məhəmmədli qəsəbəsində yerləşən anbara baxış keçirilərkən çəkisi 24040 kq olan yodlaşdırılmış duzun 10040 kq-dan gömrük orqanının icazəsi olmadan istifadə edilmiş, yerdə qalan 14000 kq yodlaşdırılmamış duz yükü isə açıq şəkildə anbarda saxlanılmışdır. 10040 kq-dan gömrük orqanının icazəsi olmadan istifadə edilmiş duzun dəyəri 2150.57 AZN, yerdə qalan 14000 kq yodlaşdırılmamış duz yükünün dəyəri isə 2998.80 AZN olaraq müəyyən edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448, 491.1 və 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 448-ci maddəsinə əsasən Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 491.2-ci maddəsinə əsasən barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan və nəqliyyat vasitələrindən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və ya onların üzərində sərəncam verilməsinə görə gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük ödənişlərinin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə iclasında X1 əməlində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xəta hadisəsini ətraflı, tam və obyektiv araşdıraraq hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448, 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xatanın törədilməsi öz təsdiqini tapmışdır, o, həmin maddələr üzrə təqsirli bilinməli və daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448, 491.1 və 491.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi həcmində, yəni 645 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-3633/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3633/2025
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver