Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-365/2020 18.03.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxx” MMC-nin direktoru Nümayəndə iştirakı ilə, “xxxxxx” LTD MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxx” LTD MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta haqqında material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda bildirilir ki, “xxxxxxxx” ASC tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən “xxxxxx” MMC 10355,65 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin 913,88 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında “xxxxxx” MMC-nin direktoru Nümayəndə məhkəməyə gömrük bəyannaməsinin surətini təqdim edərək izahatında bildirdi ki, xx xxxxxx 2018-ci il tarixli ********** saylı invoysa əsasən “xxxxxx” MMC xaricdən məhsul almaq məqsədilə “xxxxxxxx” ASC-də olan hesabından ödəniş tapşırığına əsasən 18351,77 avro ödənilməli olduğu halda xx xxxx 2019-cu il tarixli 07 saylı invoysa əsasən 10355,65 avro məbləğində vəsait ödənilmişdir. Göndərilmiş boş boçkalara əsasən şirkətin ona xx.xx.2018-ci il tarixində 7996,12 avro məbləğində borcu yaranmışdır və bu barədə onlara müvafiq saldo göndərilmişdir. Qeyd edilən invoysa əsasən məbləğin bir hissədi yəni 9,441,77 avro (YGB nmrəsi **********87089 saylı, xx.xx.2019-cu il tarixli) dəyəri isə pivə məhsullarının boş boçkalarının dəyəri üçün depozit kimi ödənilmişdir. Gömrük olunan mallar 40 nömrəli kod ilə, boş boçkalar isə 31 kodu ilə rəsmiləşdirilir və 1 il ərzində müvəqqəti idxala verilir, taralar isə 31 kodu ilə rəsmiləşdirilən və müvəqqəti idxala verilən mallar bank sistemində görsənmir. Razılaşmaya əsasən boş taralar göndərildikcə mal satan şirkət onlara mütəmadi olaraq kredit notlar göndərir və ödənişlər zamanı bunlar hesablaşmalarda nəzərə alınır. Ona görə də xahiş edir ki iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati protokol tərtib edilən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki “xxxxxx” MMC-nin hərəkətlərindəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, iş materiallarında olan “xxxxxxxx” ASC tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən “xxxxxx” MMC 10355,65 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. “xxxxxx” LTD MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş gömrük bəyannaməsinin surətindən görünür ki, “xxxxxxxx” ASC tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən “xxxxxx” MMC 10355,65 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Gömrük olunan mallar 40 nömrəli kod ilə, boş boçkalar isə 31 kodu ilə rəsmiləşdirilir və 1 il ərzində müvəqqəti idxala verilir. Razılaşmaya əsasən boş boçkalar göndərildikdən sonra alıcıya satıcı təşkilat tərəfindən kredit not məbləği ayrılır. Gömrük olunan mallar 40 nömrəli kod ilə, boş boçkalar isə 31 kodu ilə rəsmiləşdirilir və 1 il ərzində müvəqqəti idxala verilir, taralar isə 31 kodu ilə rəsmiləşdirilən və müvəqqəti idxala verilən mallar bank sistemində görsənmir. Razılaşmaya əsasən boş taralar göndərildikcə mal satan şirkət onlara mütəmadi olaraq kredit notlar göndərir və ödənişlər zamanı bunlar hesablaşmalarda nəzərə alınır. Ona görə də xahiş edir ki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakı hüquq normalarını istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən 270 gün ərzində müvafiq mallar idxal edilmişdirsə, işlər görülmüşdürsə və ya xidmətlər göstərilmişdirsə, həmçinin bu hallar mövcud olmadıqda ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmışdırsa bu halda inzibati məsuliyyət yaranmır, bu hallar inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 180 (yüz səksən) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Qeyd edilən hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, “xxxxxx” LTD MMC barəsində inzibati xəta mövcud deyildir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, qabaqcadan ödəniş aparılmış, həmin ödənişin bir hissəsi yəni 8910 avro pivə məhsullarının boş boçkasının dəyəri üçün depozit kimi ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bu səbəbdən ““xxxxxx” LTD MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. QƏRARA ALDİ: “xxxxxx” LTD MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-365/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-365/2020
18.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver