Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3660/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hüquqi şəxsin direktoru: Nümayəndə iştirakları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X3 2025-ci ilin yanvar ayından 2025-ci ilin sentyabr ayınadək usta işlərinin görülməsinə cəlb etmiş, bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar X2 və Nümayəndə izahatları, X1 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatları ilə təsdiq edilmişdir. Araşdırma zamanı X2 əmək müqaviləsi məlumatları X1 Sistemi vasitəsilə yoxlanıldıqda, sonuncu ilə "xxxx" MMC arasında inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb X2 "xxxx" MMC tərəfindən əmək müqaviləsi bağlanmadan usta işlərinin görülməsinə cəlb edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş müraciəti olmuşdur. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə inzibati təhbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə izahat verərək bildirmişdir ki, o, "xxxx" MMC-nin təsisçisidir. X4 2025-ci ilin yanvar ayının əvvəllərindən onun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evində elektrik ustası kimi işləmişdir. Kərəmə "xxxx" MMC-də elektrik ustası kimi işləməyi təklif etmiş, lakin sonradan onun evdə gördüyü işindən razı qalmadığı üçün MMC-də onu işə götürməmişdir. Kərəm Eminov "xxxx" MMC-nin işçisi olmamışdır. Lakin buna baxmayaraq onun evi ilə "xxxx" MMC-nin yerləşdiyi ətazi yaxın olduğu üçün nahar fasiləsi zamanı kərəm Eminov da həmin yerə gələrək işçilərlə nahar etmişdir. Onun evində usta kimi davamlı işləməsə də, onunla görüləcək işə görə deyil, aylıq ödənişlə razılaşmasının səbəbini, adətən işçilərə əmək haqqını ay üzrə ödədiyi üçün belə ona daha uyğun olduğuna görə etmişdir. Onu da əlavə etdi ki, evdə görülən işlərin keyfiyyəti onu qane etmədiyi üçün ustaya borclu qalmış, o da ədavət apararaq ondan şikayətçi olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Kərəm Eminovun ona “müdir” deməsini adətən işçilərin ona bu cür müraciət etməsi və Kərəmin hər dəfə nahar zamanı onlarla nahar etdiyi vaxtlarından vərdişinə çevrilməsi ilə əlaqələndirmişdir. Sonda cərimə cəzasının məbləğinin yüksək olmasını, MMC-nin gəlirlərinin aşağı miqdarda olmaını nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, vətəndaş X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək usta kimi işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktorunu dinləyib, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və MMC-nin əməli düzgün olaraq həmin Məcəllənin 192.1ci maddəsi ilə tövsif edilmişdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda, yəni işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, işəgötürən tərəfindən işçi ilə müvafiq əmək müqaviləsi bağlanmadan və əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilmədən qanunazidd olaraq əmək münasibətlərinə daxil olunmuşdur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin direktoru Nümayəndə məhkəmə iclasında verdiyi izahatında X2 MMC-də usta kimi fəaliyyətə cəlb edilmədiyini, yalnız günəmuzd qaydada şəxsi evinin təmirində elektrik işi gördüyünü bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş mobil telefon vasitəsilə aparılmış yazışmaların məzmunundan, eləcə də Nümayəndə verdiyi izahatların təhlilindən aydın olur ki, Kərəm Eminov faktiki olaraq məhz "xxxx" MMC-də usta kimi əmək fəaliyyətinə cəlb edilmişdir. Eyni zamanda, Kərəm Eminovun digər ustalarla birlikdə direktora məxsus şəxsi mənzildə təmir işləri aparmasına baxmayaraq, yalnız onun nahar fasiləsini "xxxx" MMC-nin işçiləri ilə birlikdə müəssisədə keçirməsi, əmək haqqının görülmüş işin həcminə görə deyil, aylıq ödəniş formasında müəyyən edildiyini bildirməsi və bu halları əsaslandıra bilməməsi onu göstərir ki, sonuncu ilə əmək müqaviləsi bağlanılmadan MMC-də əmək münasibətləri qurulmuşdur. Bununla yanaşı, müəyyən edilmişdir ki, onunla rəsmi əmək müqaviləsi bağlanmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində X2 adına aktiv əmək müqaviləsi bildirişi mövcud olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş üzrə müəyyən edilmiş hallar nəzərə alınmaqla məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən işçi ilə əmək müqaviləsi bağlanılmamasına dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş MMC barəsində haqlı olaraq inzibati xəta iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir Məhkəmə araşdırması zamanı "xxxx" MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov