Məhkəmə qərarları › İş №3(012)-3669/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-3669/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-3669/2025 26.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul olunmuş 11 sentyabr 2025-ci il tarixli, EQ 30580216 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zaman M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul olunmuş 11 sentyabr 2025-ci il tarixli, EQ 30580216 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədlərə əsasən X1 11 sentyabr 2025-ci il tarixdə Bakı Quba yolunun 8.7 km-yi istiqamətində idarə etdiyi BMW 530E PLAGİN HİBRİD minik avtomobili ilə törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayət ərizəsi baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan qərara əsasən müəyyən edilir ki, hazırda mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə inzibati xəta hadisəsi Bakı Quba yolunun 8.7 km-yi istiqamətində qeydə alınmışdır. İnzibati xətanın törədildiyi yer isə müvafiq portaldan əldə olunmuş elektron xəritəyə görə Bakı şəhəri Binəqədi rayonunun ərazisinə aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətşikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İndiki halda inzibati xəta hadisəsi Bakı şəhəri Binəqədi rayonu ərazisində törədilmiş və şikayət vermiş şəxs isə işə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul olunmuş 11 sentyabr 2025-ci il tarixli, EQ 30580216 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar