Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-367/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirmişdir ki, ilkin olaraq işə mahiyyəti üzrə baxılıb qurtaranadək 27 oktyabr 2012ci il təvəllüdlü X2 və 14 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 iyun 2023-cü il tarixdən cavabdeh Şəxs hər ay hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat müvəqqəti alimentin alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi ilə bağlı Abşeron rayon Məhkəməsinin 16(012)- 212/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqi icraya yönəldilmiş, iş üzrə baxılıb mahiyyəti üzrə qərar qəbul edildikdən sonra Abşeron rayon Məhkəməsinin 2(012)- 2097/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən eyni hissə və məzmunla icraya yönəldilmişdir. Ona dəfələrlə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb bildirmədən hazırki vaxta qədər ödəniş etməmişdir. Qeyd olunan icra sənədi üzrə aliment borcu hazırda 3520 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, o, tələbkarla hazırda bir evdə yaşayır və ailədən irəli gələn münasibətləri icra etməli olduğu üçün bu günə qədər öhdəliyində olan aliment borcunu ödəyə bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclunun icra sənədləri üzrə yaranmış borcunu tam şəkildə ödənilməsini tələb etdiyini, əks halda Şəxs barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Abşeron rayon Məhkəməsinin 16(012)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək birgə nikahdan olan 27 oktyabr 2012-ci il təvəllüdlü X2 və 14 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 iyun 2023-cü il tarixdən cavabdeh Şəxs hər ay hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat müvəqqəti aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-2097/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən 27 oktyabr 2012-ci il tarixdə anadan olmuş X2 və 14 aprel 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəxs hər ay hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin 06 mart 2023-cü il tarixdən hesablansın. qətnamənin aliment hissəsində dərhal icra edilməsi, bu qətnamə qanuni qüvvəyə mindiyi gündən “müvəqqəti alimentin tutulması” barədə Abşeron Rayon Məhkəməsinin 16(012)-212/2023 saylı, 19 iyun 2022-ci il tarixli qərardadın ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərardadı ilə 27 oktyabr 2012-ci il təvəllüdlü X2 və 14 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 iyun 2023-cü il tarixdən cavabdeh Şəxs hər ay hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat cəmi 440 (dörd yüz qırx) manat müvəqqəti alimentin alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə qəsdən təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanın törədilməsi zamanı məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs tələbkar və övladları ilə birlikdə yaşadığını, ailədən irəli gələn münasibətləri icra etməli olduğu üçün bu günə qədər öhdəliyində olan aliment borcunu ödəyə bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti əsaslı hesab etməyərək, borclunun icra sənədi üzrə yaranmış borcundan ümumiyyətlə ödəniş etməməsini və icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-367/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-367/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver